Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili baş nazirlə görüşdü – Səbəb
Tarix: 05-05-2016 | Saat: 10:46
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Millət vəkili baş nazirlə görüşdü – Səbəb
Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Hüseyn Özgürgün ilə görüşüb.

"Xəbəraz.az "Axar.aza istinadən xəbər verir ki, millət vəkili türk dünyasının problemləri ilə bağlı ŞKTC-də kofrans verib.

Azərbaycanla Şimali Kipr arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını söyləyən millət vəkili qeyd edib ki, Kiprdə təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, eyni zamanda, turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.

Görüşdə türk dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Hüseyin Özgürgün Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri gücləndirəcəklərini deyib.

Dağlıq Qarabağ probleminin öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin Ermənistanın işğal altında olmasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsindən üzüntü duyduğunu deyən baş nazir beynəlxalq təşkilatların bu məsələdəki laqeydliyinin narahatverici olduğunu vurğulayıb.


Xəbəri paylaş

5518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___