Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şərurlu İsfəndiyar aprel şəhidinin ailəsini evsiz qoydu: Bizdən 100 min manat istəyir
Tarix: 29-03-2019 | Saat: 15:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Şərurlu İsfəndiyar aprel şəhidinin ailəsini evsiz qoydu: Bizdən 100 min manat istəyir
Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib. 

Xəbəraz.Az xəbər verir ki, bu barədə oxu.az-a Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova məlumat verib.
Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb. 

İş adamı həmin binada əlavə beş mərtəbə də tikib. Şərurlu İsfəndiyar isə sakinlərlə şərt kəsib. Deyib ki, binadakı mənzillər üçün onun istədiyi qiymət ödənilməlidir. 

Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub

Şəhid xanımı N.Axundova deyir ki, Şərurlu İsfəndiyara əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb:

“Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı.

Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi”.

N.Axundova diqqətçəkən müqayisə də aparıb. Bildirib ki, Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilərlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi?

“Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kassasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə qərara çıxarıb. Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apellyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb. 

Mən başa düşə bilmirəm ki, bizim situasiyada fərqli olan nədir ki, Ali Məhkəmə Apellyasiyanın qərarını qüvvədə saxladı? Halbuki söhbət eyni binadan, eyni müqavilədən gedir. Bizdə isə müqavilənin saxta olduğunu irəli sürdülər.

Belə çıxır ki, bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apellyasiya Məhkəməsinin verdiyi qərar ləğv edilib və vətəndaşın xeyrinə qərar çıxarılıb. Yəni məhkəmə özünü təkzib edir?! Bəs 76 ailənin müqaviləsi də eyni cür verilib, onlar saxta olmadı, elə bizim müqaviləmiz saxta oldu?”

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub:
“Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir.

Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmır”.

Şəhid xanımı məsələ ilə bağlı çıxarılan ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət ünvanlayaraq, ədalətin bərpa edilməsində kömək istəyib.

Şərurlu İsfəndiyarın vəkili Ramiq Axundov məsələyə münasibət bildirərkən deyib ki, mənzil Sənan Axundovun qayınatasının adına olub:

“Həmin şəxs 50 kvadratmetrlik qeyri-yaşayış sahəsini illər əvvəl “Kamran” MMC tərəfindən saxta müqavilə ilə alıb. “Kamran MMC”nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və müqavilənin saxta olduğu təsdiq edilib. 

“Şərurlu İsfəndiyar” isə həmin “Kamran MMC”nin davamçısı olmadığından irəli sürülən iddialara məsuliyyət daşımır. 

2013-cü ildə məhkəmə prosesi olub və xanımın əlindəki müqavilənin saxta olduğu təsdiqlənib. Məhkəmə qərara çıxarıb ki, “Kamran MMC” vətəndaşlara ödədiyi məbləği geri qaytarsın. 

Qeyd edim ki, məhkəmə zamanı şəhidin qayınatası iştirak edib və bildirib ki, bu sahəni o, özü üçün alıb. Pensiyaya çıxdıqdan sonra burada yaşayacaq. Ali məhkəmədəki prosesdə ümumiyyətlə şəhidin adı hallanmır”.

Vəkil bildirib ki, ailə apellyasiya şikayəti verib. Ali Məhkəmə isə həmin hissədə hökmü ləğv edib ki, mülki iddia olmadığı üçün yenidən mülki qaydada müraciət etmək lazımdır: 

“Mülki qayda da dəymiş ziyanı tələb edə bilərlər. Hazırki şirkət isə əvvəlkinin varisi olmadığı üçün heç kimə yer vermir. Əvvəlki şirkətin ümumiyyətlə satış aparmaq səlahiyyətləri olmayıb və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılıb. Bu səbəbdən də haqlı olaraq şirkət onun cəriməsini ödəməklə hökmlü deyil”.




Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
30-07-2017, 11:43 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___