"Prezident sözlərini əməli addımları ilə təsdiq edir"
Tarix: 02-05-2016 | Saat: 19:46
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyevin düşmən tərəfinin hədəfində olan, təmas xətti boyunca yerləşən rayonların əhalisinin yanında olması, orada yaralanmış dinc sakinlərə baş çəkməsi, erməni vandalizmi nəticəsində dağıdılmış evlərin sakinləri ilə görüşməsi cənab prezidentin xalq ilə bağlılığının birbaşa təsdiqi kimi dəyərləndirilə bilər.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov prezident İlham Əliyevin Tərtər, Ağdam və Bərdə rayonlarına səfərini şərh edərkən deyib.
Deputat qeyd edib ki, prezident hər zaman öz sözlərini əməli addımları ilə təsdiq edir: "Həm də cənab prezident bununla bir daha göstərdi ki, ölkə rəhbərliyi hər zaman xalqın yanındadır və düşmənin bütün bu hərəkətlərinə layiqli cavab verilir və bundan sonra da cavab veriləcək".
E.Nəsirov bildirib ki, prezident İlham Əliyev dəfələrlə söyləyib ki, biz xalqımıza söykənərək, xalqın mənafeyindən çıxış edərək öz daxili və xarici siyasətimizi həyata keçiririk.
Deputat qeyd edib ki, bu bizi həm güclü edən, həm də bizi təzyiq predmetinə çevirən amildir: "Çünki Azərbaycanı sevməyən qüvvələr məhz xalq ilə hakimiyyət arasında, xalq ilə prezident arasındakı birlikdən narahatdırlar, bunu həzm etmək istəmirlər və müxtəlif təzyiq üsullarına əl atırlar. Bu baxımdan cənab prezidentin xalqın yanından olması onlara da tutarlı bir cavabdır".
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

5-06-2016, 22:45
Avro-2016 zamanı terror hücumları ola bilər
18-10-2020, 16:14
Ermənilər Xızıya raket atdı - Foto
18-08-2016, 01:49
Stadnik gümüş qazandı, Ratkeviç isə... - Yeniləndi
6-02-2017, 23:36
"Dedim ki, sobanın tüstüsü deyil evim yanır" - Oğlu ilə yaşayan ananın evi yanıb kül oldu - VİDEO
24-08-2015, 23:57
Dünyanın ən gözəl əlilləri
19-09-2015, 12:23
Azərbaycanın 2016-cı il üzrə büdcə zərfi Milli Məclisə daxil olub
5-05-2016, 17:05
ABŞ hərbçisi Obamanı məhkəməyə verdi
25-05-2016, 13:07
Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib - SON SÖZ