Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib - SON SÖZ
Tarix: 25-05-2016 | Saat: 13:07
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun son sözlə çıxış edib. O, çıxışında heç bir günahı olmadığını bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Növbəti proses mayın 31-a təyin edilib. Həmin gün C.Hüseynova hökm oxunması gözlənilir.
Xatırladaq ki, ötən proses prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

15-03-2023, 14:41
Hər gün yeməklərinizə bu toxumu əlavə edin! Möcüzəvi faydalar
2-08-2019, 20:36
İctimai Nəzarəti gücləndirməliyik – video
26-05-2022, 10:18
Azərbaycanda kimlərin koronavirus cəriməsi silinəcək? - AÇIQLAMA
13-12-2021, 08:18
Üzünü yandırıb, onu kor edən adama ərə getdi - FOTO
1-01-2021, 19:47
Xəzər sahilində güllələnmiş suitilərlə bağlı açıqlama
18-02-2022, 00:08
O geri dönüşü ilə yenilik gətirdi- VİDEO
16-09-2019, 09:54
Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI
13-01-2017, 14:57
ATV-dəki Turan özünü necə biabır etdi - Video