Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürət Hüseynovla görüşə gələn deputatlar
Tarix: 17-04-2016 | Saat: 10:36
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Sürət Hüseynovla görüşə gələn deputatlar
Reportajı Vahid Mustafayev və Mir Şahin hazırlayıb.
ANS PRESS 1993-cü ildə Milli Məclis deputatlarının Gəncə hadisələrini araşdırmaq üçün Sürət Hüseynovla görüşə gəldikləri kadrları sizə təqdim edir. Reportajı Vahid Mustafayev və Mir Şahin hazırlayıb.
1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı qiyam olub. Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.
S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.
8 iyunda Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.
9 iyunda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.


Milli Məclis deputatları Gəncə hadisələrini araşdırmaq üçün Sürət Hüseynovla görüşə gəliblər.



4198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___