Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Varlı qadınları boğub qarət edən keçmiş polislər: “Evlərə məmur adı ilə girirdik”
Tarix: 25-12-2015 | Saat: 22:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Varlı qadınları boğub qarət edən keçmiş polislər: “Evlərə məmur adı ilə girirdik”
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, quldurluqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Naxçıvan şəhər sakinləri Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberaz.az əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib.

İttihama görə, Şakir Orucov polis işçisi olan dostu Röyal Əhmədovla cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə yaradıblar. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın maddi imkanının yaxşı olduğunu öyrənib, onu öldürüb evini qarət etmək qərarına gəliblər. Bu məqsədlə 2012-ci il, oktyabrın 20-də N.Axundovaya məxsus mənzilə basqın ediblər, ev sahibəsinin boyun nahiyəsini sıxaraq qətlə yetiriblər.

Dəstə üzvləri mənzildə axtarış aparıblar, qadının çantasından 60 manat pul, qızıl-zinət əşyaları götürəndən sonra mətbəxdəki qazı açıq qoyaraq hadisə yerini tərk ediblər.

N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___