"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasına qərar verilib
Tarix: 13-04-2016 | Saat: 12:53
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq". "Report" xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məslisdə "Ailə institununun formalaşmasında adət -ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.
Onun sözlərinə görə, qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur: "Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan qurumlarla, xüsusilə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ilə görüşlər keçirib narahat doğurucu məsələləri onlarla birgə müzakirə etdik. Görüşün yekununda bizə bildirildi ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Ona görə də layihədə nəzərdə tutulan məsələlər heç də İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə qanun layihəsinə razılığını verib".
Ə.Əmiraslanov əlavə edib ki, Milli Məclisin sədri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq.
Komitə sədri əsas problemin qanunda ekstrokorproal mayalanma ilə bağlı olduğunu deyib: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçrilir, Azərbaycanda yox. Odur ki, bu nə İslam dini, nə də bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmir. Niyə bu əməliyyat bizdə olmasın?!".
Xəbəri paylaş
4608 dəfə oxunub.
Digər xəbərlər

26-10-2017, 14:48
Milli Şuranın mitinqində terror törətmək istəyən şəxslərin evindən bu silahlar çıxdı - SİYAHI
26-11-2020, 13:53
Meyxanaçı Samirə oğlunun müalicəsinə görə evini satır
10-01-2022, 10:48
Valideynlərin NƏZƏRİNƏ! - Uşaqlar arasında yayılan virus pnevmoniya yaradır - VİDEO
24-06-2015, 22:28
Teymur Məmmədov: Qızıl medala layiqəm
4-08-2019, 06:09
Abşeronda qadın ərini döydü – kişi xəstəxanaya yerləşdirildi
3-11-2020, 22:02
Lavrovdan növbəti Qarabağ AÇIQLAMASI
4-01-2017, 20:54
Qulağınızın bu nöqtəsinə toxunun - NƏTİCƏ İNANILMAZDIR - VİDEO
19-09-2016, 17:51
Abbas Abbasovun qardaşına qadağa qoyuldu - Məhkəmə qərarı
13-06-2015, 20:43
Çempionumuzdan İlham Əliyevə hərbi salam (CANLI YAYIM, FOTO)