Abbas Abbasovun qardaşına qadağa qoyuldu - Məhkəmə qərarı
Tarix: 19-09-2016, 17:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanın Baş nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə strateq.az-a vergi orqanlarından məlumat daxil olub. Məlumata görə, Abbas Abbasovun qardaşı Nadir Abbasovun ölkədən çıxışına qadağa üç gün əvvəl, daha dəqiqi, sentyabr ayının 16-da qüvvəyə minib: “Vergilər Nazirliyinin bu addımı atmasının səbəbi isə Nadir Abbasovun vergi borcunu ödəməməsi ilə bağlıdır”.
Məlumatda vergi borcunun dəqiq məbləği göstərilməyib. Ancaq borcun təxminən 100 min manat civarında olduğu deyilir.
Onu da qeyd edək ki, Abbas Abbasovun qardaşı ilə bağlı xoşagəlməz xəbər təkcə bununla bitmir. Belə ki, Nadir Abbasovun sahibi və baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyət də məhkəməyə verilib.
Məhkəmədən verilən məlumata görə, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Nadir Aydın oğlu Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə Nadir Abbasovun illər əvvəl bağlanan müqavilə və onun şərtlərinə əməl eləməməsidir:
“Bu üzdən “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, bağlanmış müqaviləyə xitam verilməsini tələb edib. İşə Nəsimi rayon Məhkəməsindən ta Ali Məhkəməyə qədər baxılıb. Bu yaxınlarda isə Ali Məhkəmə şikayəti yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıb”.
Hazırda həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun icraatında baxışa qəbul olunub.
Məlumata görə, sabah saat 17.00-da hakim iş üzrə prosesə start verəcək.
2968 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Bölməyə aid digər xəbərlər
30-08-2016, 22:08
"Sidiklə özünü başdan-ayağa murdarlayan, "N" qədər ər o dünyaya yola salan" - Faiq Ağayev Floraya
3-11-2016, 21:56
Bakıda avtobuslarda sərnişinlərin həyatı təhlükəyə atılır - VİDEO
11-06-2017, 11:11
Çavuşoğlu ilə Tillerson Qətəri müzakirə etdi
22-08-2018, 16:25
Kartdan təqaüd pulunu oğurlayan şəxs tutuldu - Sabirabadda
27-11-2018, 11:54
"Vicdan haqqının" məşhur cütlüyünün xına gecəsi olub
22-08-2016, 20:14
Masazır sakini qaz sayğaclarını oğurladı
1-04-2015, 18:26
Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır
2-04-2015, 20:01
Qız qalasının sirri açıldı
27-03-2015, 14:08
Ordumuz şəhid verdi-ALLAH RƏHMƏT ELƏSİN.
3-02-2016, 00:05
Xaçmazda sürücü polisi vurdu
28-08-2018, 19:12
Əsl əlil olan kimdir? Fiziki qüsurlu ya vicdan qüsurlusu?
3-03-2016, 09:54
Azərbaycanda dolların məzənnəsi bahalaşdı (RƏSMİ)
{sape_links}{sape_article}