Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılır
Tarix: 04-03-2016 | Saat: 15:21
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılır

Gələcəkdə Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin yaradılması planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Komitəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq.

“Bu üç qurum arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də hazırdır”, - deyə R. Aslanlı bildirib.

R. Aslanlı əlavə edib ki, bu gün Milli Məclisin plenar iclasında müzakirə olunan 24 məsələdən ibarət olan paketdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri öz əksini tapıb. İşçi qrupunun rəhbəri Palatanın strukturu və idarə edilməsi ilə funksiyaları açıqlayıb.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___