Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq Avropa İttifaqından alınmış 7,1 milyard dramın hara xərcləndiyinin hesabını soruşur
Tarix: 03-06-2015 | Saat: 12:40
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər

Xalq Avropa İttifaqından alınmış 7,1 milyard dramın hara xərcləndiyinin hesabını soruşur
Ermənistanın "Daşnaksutyun" partiyasının parlamentdəki fraksiyasının deputatı Arsvik Minasyan ölkə rəhbərliyini maliyyə fırıldaqlığında günahlandırıb və xalqın onlardan hesab istəməsinin vaxtının çatdığını bildirib.

Xeberaz.az
ANS PRESS-in məlumatına görə,xəbər verirki o, ölkənin maliyyə nazirinin müavini, baş xəzinadar Atom Djandjuqazyana sorğu göndərib ki, Avropa İttifaqından alınmış 5,9 milyard dram hara xərclənib.

Baş xəzinadar sorğuya cavabında bildirib ki, Avropa İttifaqı ölkələrindən 5,9 yox, ümumilikdə 7,1 milyard dram alınıb. Amma bunun hamısı məqsədli qrant kimi verilməyib.

O deyib: "Bu vasitələr xərclənib, amma hara xərclənib, buna cavab yoxdur. Çox güman ki, bu vəsait büdcə xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilib. Bütün daxilolmalar kimi, bu vəsiat də konkret xərclər üçün nəzərdə tutulmayıb. Bu vasitələr hansısa xüsusi proqramın icrası üçün də istifadə edilməyib."

Beləliklə, maliyyə nazirinin müavini prezident Serj Sarkisyanın korrupsiyasının, paxırının üstünü açıb. Baş xəzinadar üstüörtülü şəkildə demək istəyib ki, bizlik deyil. Onun bu açıqlaması, iqtidardakların ürəyincə olmasa da, müzalifərin ürəyincə olub və xalqı uşuruma aparan indiki rejimin əsl mahiyyətini açıb göstərib.

Yerli sakinlərin bu məsələyə reaksiyası çox aydın olub: "Ölkənin gününə bax ki, baş xəzinadar pulun hara xərclənməsindən bixəbərdi. Belə ölkə olar? Ermənistana müxtəlif yollarla - istər yardım, istər dilənçilik formasında, istər qrant kimi verilən, istərsədə oğurluq yolla və narkobiznesdən əldə olunan pulların hamısı Sarkisyan rejiminin xüsusi adamları tərəfindən istədikləri kimi xərclənir. Bu, anarxiyadır, özbaşınalıqdır. Xalqın buna son qoymasının vaxtı çatıb."


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___