Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DƏHŞƏT: qonşusunu bıçaqlayan direktor qardaşının qəbri üstə özünü öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 02-03-2016 | Saat: 15:04
Bölmə:M / Karusel / Hadisə / Reportaj | çapa göndər

DƏHŞƏT: qonşusunu bıçaqlayan direktor qardaşının qəbri üstə özünü öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
Direktorunun meyiti qəbiristanlıqda aşkarlanıb


Bu gün Lerikdə baş verən qanlı hadisənin bəzi detalları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, məktəb direktoru tərəfindən bıçaqlanan Seyid Qurbanov Lerikdə çobanlıq edir. O, əslində hadisənin baş verdiyi Veri Əliabad kəndindən də yaşamır. Qonşu kəndlərdən birində yaşayır. Hadisə isə direktor Adil Rəhimovgilin kəndində baş verib. Belə ki, sakinlərin sözlərinə görə, A.Rəhimovla qonşuları arasında torpaq üstündə uzun illərdən bəri davam edən mübahisə var imiş. Qonşuları A.Rəhimovun atasından qalan torpaqlara iddia edirmiş. Münaqişə də bu zəmində yaşanıb. Bıçaqlanan çoban Seyid Qurbanov isə A.Rəhimovun qonşusunun yeznəsi imiş. Bildirilir ki, baş verən mübahisənin ona birbaşa aiddiyəti olmasa da, mübahisə nəticəsində arada bıçaqlanıb.

**
13:14

Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Veri Əliabad kəndində qeydə alınıb. Kənd orta məktəbinin direktoru Adil Rəhimov kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib.

O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
**
13:09
Bu gün Lerikdə baş verən qanlı hadisə ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakinləri bildirib ki, iki ailə arasında əvvələr heç bir münaqişə olmayıb. Bıçaqlanan Seyid Qurbanovla onu bıçaqlayan məktəb drektoru Adil Rəhimovun arasında qohumluq münasibətləri olub. Onların arasında mübahisənin nədən yarandığı hələ ki aydın deyil.

**
12:57
Lerikdə məktəb direktorunun bıçaqladığı şəxsin kimliyi dəqiqləşib. Lənkəran rayon xəstəxanasından verilən xəbərə görə, bıçaqlanan şəxs 1976-cı il təvəllüdlü Seyid Balakişi oğlu Qurbanovdur. O, hazırda rayon xəstəxanasında əməliyyatdadır. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
**

12:33
Lerikdə qonşusunu bıçaqlayan məktəb direktorunun güllələnmiş meyiti tapılıb. Rayon sakinlərindən birinin verdiyi məlumata görə, onun meyiti qəbiristanlıqda aşkarlanıb. Hazırda hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.
**

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. Lent.az-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.



4318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___