Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
Tarix: 13-02-2021 | Saat: 15:09
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

TƏBİB vaksinasiya prosesi ilə bağlıMƏLUMAT YAYDI

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb.Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, peyvəndlənmə prosesinə yanvarın 18-dən etibarən başlanılıb və ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi həyata keçirilib.


Xəbəri paylaş

4398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___