Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Gəncədə
Tarix: 17-02-2016 | Saat: 14:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Gəncədə
Prezident “Gəncə Avtomobil Zavodu”nda olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub.
Xəbəraz.az AzərTac-a istinadən xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrından fəaliyyətə başlayıb.

2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb.

2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 497-i isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.

Bildirilib ki, “Addım-addım yeni uğurlara doğru irəli” devizi ilə çalışan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını yüksək orden, medal və fəxri adlarla təltif edib.

13:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Xəbəraz.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə xüsusi diqqət göstərilir.

Mövcud məktəb binalarının yüksək səviyyədə yenidən qurulması, müasir təhsil ocaqlarının inşası bu sahəyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Gəncə şəhərində 39 nömrəli tam orta məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi bu qəbildən olan layihələrdəndir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verilib. Bildirilib ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib.

Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.

Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

Bildirilib ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.

Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.

Bu tədris ocağında yaradılan şərait bir daha sübut edir ki, ölkəmizdə təhsilə yüksək diqqət və qayğı göstərilir, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təqdirəlayiq haldır ki, bu layihələr Azərbaycanın hər bir şəhərini, rayonunu, qəsəbəsini əhatə edib. Belə müasir məktəblərin yaradılması həm də ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi böyük əhəmiyyət daşıyır.

Bu gün Prezident “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Bu istiqamətdə görülən mühüm tədbirlər sırasında mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmiri, yenilərinin inşası xüsusi yer tutur.

Bununla bağlı görülən genişmiqyaslı işlər ölkənin gələcəyi olan uşaqlara diqqət və qayğıdan irəli gəlir. Gəncədəki 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri bu diqqətin daha bir nümunəsidir.

Binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli imkanlar var. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib.

Bağçanın idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub.

Diqqətə çatdırılıb ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. Körpələr evi-uşaq bağçasında ingilis dilini və şahmatı dərindən öyrənmək məqsədilə əlavə dərslər tədris olunur.

Bağçada tərbiyə alan uşaqların daşınması xüsusi avtobusla mühafizəçilərin nəzarəti altında həyata keçirilir. Körpələr evi-uşaq bağçasında hazırda 19 nəfər çalışır ki, onlardan doqquzu peşəkar tərbiyəçi, üçü ingilis dili, musiqi, rəsm fənlərləri üzrə müəllim, ikisi şahmat müəllimi, biri isə tibb bacısıdır.

12:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Xəbəraz.az AzərTac-a istinadən verdiyi xəbərə görə, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir.

Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib.

Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir.

Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.

Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Şeyxülislam Allahşühür Paşazadə dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə edib.

Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış ediblər.

Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim edib.

Mərasimdən sonra dövlətimizin başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verilib. Bildirilib ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb.

“İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.

Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.

Dövlətimizin başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin minnətdarlığını bildirib.

Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyartəgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.

“İmamzadə” kompeksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.

Məlumat verilib ki, yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.

Kompleksin belə cazibədar görkəm almasına stimul verən əsas amil Prezident İlham Əliyevin görülən işlərə böyük diqqət göstərməsi olub.

Təsadüfi deyil ki, dövlətimizin başçısı təmir-bərpa prosesi dövründə üç dəfə bu kompleksə gələrək işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə müxtəlif illərdə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması barədə sərəncamlar imzalayıb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.

Sonda “İmamzadə” dini kompleksində ehsan verilib.

Bu gün Prezident həmçinin Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət əsas rol oynayır.

Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan vətəndaşlarının ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması üçün səhiyyə müəssisələrinin təmiri və bərpası, yeni tibb ocaqlarının tikintisi və onların ən müasir avadanlıqla təminatı, vətəndaşların müalicəsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir.

Bu gün əminliklə demək olar ki, ölkəmizin hər yerində əhalinin tibbi xidmətlərlə lazımınca təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb.

Ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsidir. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi sakinlərin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradır.

Məlumat verilib ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək.

Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlarlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə biləcək.

Bütün bunlar onu göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyə müəssisələri ən müasir tələblərə cavab verir. Yaradılan bu şərait ilk növbədə Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

12:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib.

Xəbəraz.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.



5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___