Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəllimlərin göbək rəqsi oynaması biabırçılıqdır, müəllim peşəsini gözdən salırlar...
Tarix: 07-06-2022 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


“Bu, çox ayıbdır. Müəllimin qara kostyumu, ağ köynəyi, qırmızı qalstuku olmalıdır. Ona müəllim deyirlər. Müəllimə italyanlar “padri” deyir və bu isə ata deməkdir.

Türklər isə hocam, öyrətmənim deyir. Bizdə isə küçədən keçənə də müəllim deyirlər”.

Bunu açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov müəllimlərin sosial şəbəkədə gündəm olan göbək rəqsini də pisləyib:



“Müəllimlərin göbək rəqsi oynaması biabırçılıqdır. Müəllim adına yaraşmayan bir hərəkətdir. Ona görə müəllim peşəsini gözdən salırlar. Müəllim tərbiyə, mədəniyyət deməkdir. O, yenilik etməlidir, kəndinin mədəniyyətini qaldırmalıdır. Bu adi bir peşə deyil axı, müəllim gedib göbək rəqsi oynasın”.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına liseydə müəllimlərdən birinin göbək rəqsi oynaması və digərinin onun sinəsinə pul basması sərt tənqid edilib. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.




S











Xəbəri paylaş

4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___