Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ADAU-nun uğurlarına “kölgə salmaq” istəyənlərə…
Tarix: 05-02-2016 | Saat: 15:03
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

ADAU-nun uğurlarına “kölgə salmaq” istəyənlərə…




Azərbaycan Dövlət Aqrar Universiteti hər zaman ölkəmizdə ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılıb. Sovet dönəmində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, müstəqilliyin ilk illərində isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlandırılan bu təhsil müəssisəsində oxumaq istəyənlərin sayı həmişə çox olub.

Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli tərəfindən daxil olan mətndə də bundan söz açılır və Universitetə qarşı qərəzli yazı müəlliflərini haqqa tapınıb, ədalətli davranmalarına çagırışlar edilir.Yazını oldugu kimi oxucuların diqqətinə çatdırırıq:

Şübhəsiz ki, hər bir təhsil ocağının uğur qazanmasında oraya rəhbərlik edən şəxsin savadı, bacarığı, təşkilatçılıq qabiliyyəti, mənəvi saflığı önəmli rol oynayır. Bu baxımdan ADAU da şanslı ali məktəblərdən sayıla bilər. Çünki hazırda ADAU-ya dəyərli, ziyalı, nüfuzlu alim, səmimi insan kimi tanınan İbrahim Cəfərov rəhbərlik edir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov bu gün hansı məsuliyyəti daşıdığını yaxşı bilir və ilk növbədə ölkə prezidenti İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışır.

İndiyə qədərki inkişaf tempini bir mərhələ də irəli aparmağı qarşısına məqsəd qoyan rektor Aqrar Universitetdə şəffaflığın təmin edilməsi, sağlam mühitin yaradılması, təhsilin inkişaf meyllərinin düzgün qavranılması üçün mütərəqqi addımlar atır.

İbrahim Cəfərovun səyləri nəticəsində artıq ADAU-da rüşvət deyilən anlam yox səviyyəsinə düşüb, bu universitet Azərbaycan ali təhsil məkanında ən şəffaf universitetlərdən birinə çevrilib.Aqrar Universitetin rektoru hər zaman tələbələrlədir, onların yanındadır. Hətta, facebook səhifəsini belə özü idarə edir, unvanına daxil olan məlumatların hamısını oxuyur.

Bu səbəbdən də tələbənin incidilməsi və onlardan pul istənilməsi mümkünsüzdür. Digər tərəfdən isə tələbə imtahan prosesində yalnız öz biliyi ilə baş-başa qalır. Sualları cavablandırdıqdan sonra “imtahan bitdi” düyməsini basmaqla topladığı balı və biliyinin qiymətini həmin an bilir.

Ancaq təəssüf ki, ADAU-dakı bu cür ab-havanı qəbul etməyən, qazanılan uğurlara kölgə salmağa çalışan qüvvələr də var. Həmin qara qüvvələr universitetlə bağlı müxtəlif qəzetlərdə, saytlarda xoşagəlməz yazılar təşkil etdirir, sözügedən ali məktəbdə rüşvətxorluğun, yarıtmaz kadr siyasətinin, qarşıdurmaların və digər neqativ halların baş alıb getdiyini iddia edirlər.Aqrar Universiteti ən çox tənqid hədəfinə çevirən isə “JAM.az” saytıdır. Ancaq tənqid yazanlara ən yaxşı cavabı elə hörmətli rektorun özü verdi. Belə ki, İbrahim Cəfərov semestr imtahanları dövründə bir neçə dəfə ictimaiyyət nümayəndələrinə, valideynlərə, media təmsilçilərinə müraciət edərək onları universitetə dəvət etdi və bildirdi ki, kim istəyirsə, gəlib imtahan prosesində iştirak edə və hər şeyi öz gözü ilə görə bilər.

Sual olunur: Əsl həqiqəti üzə çıxartmaq üçün rektor bundan artıq hansı çagırışı etməli, hansı addımı atmalıdır?

İbrahim Cəfərovun fəaliyyətində nöqsan axtaran, onu tənqid edən KİV təmsilçiləri bir şeyi unutmamalıdırlar: İbrahim Cəfərov dövlət əmlakını talayan, sadə insanlara yuxarıdan aşağı baxan hansısa məmur , həmçinin, kimlərinsə himayəsi ilə milyonlar qazanıb, yolunu azmış biznesmen də deyil. İbrahim Cəfərov ziyalıdır, alimdir, elm adamı, qələm sahibidir. Müqəddəs kitablarda da yazılıb ki, alimin qələminin mürəkkəbi şəhidin qanına bərabərdir. Həmçinin, buyurulub ki,1 saat elmlə məşğul olmaq 60 il ibadət etməkdən üstündür. Atalar da alimlərə böyük dəyər verərək əbəs yerə deməyib ki, alim öldü aləm öldü.

Buna baxmayaraq,

məlum sayt təkrar 03.O2.2016 –ci il tarixində “Rektorla Rəsul Quliyevin əlaqəsi ortaya çıxıb?” başlıqlı məqaləsində Aqrar Universiteti Rəsul Quliyevin “obyekti” adlandırıb. Universitetdə vəzifə tutan bir neçə şəxsin Rəsul Quliyevlə bağlı olmaları danılmaz faktdır, yazıb. Məqalədə bu mövqe hakimiyyətin siyasətinə ziddir, bəzilərinin maraqlarına xidmətdir, vurgulanıb. Bununla da Gəncədə Rəsul Quliyevin mövqeyinin İbrahim Cəfərov kimi rəhbər şəxslər tərəfindən qorunması və gücləndirilməsi prosesi baş verir ki, bu da şəhər rəhbərliyin nüfuzuna ciddi təhlükə yaradır, fikrini irəli sürüb. Hətta sayt irəli gedərək yazıb: “Gəncədə Qələbə günü, Gül bayramı və digər tədbirlər Aqrar Universitetin rektoru tərəfindən ictimailəşdirilməsini təşkil edən qüvvələr də az deyil, bu da şəhər rəhbərliyinin gördüyü işlərə kölgə salmaq və onun mövqeyinin zəyiflədilməsinə hesablanmış addımdır”.

Beləliklə, Aqrar Universitetinin rektoru İbrahim Cəfərova təkrar böhtan atılır. Şükürlər ki, irəli gedərək “xarici informasiya vasitələrindən stat gətirilmir,okeanın o tayına ekskurssiya edilmir” . Məlum məqaləyə şəhər rəhbərliyi tərəfindən reaksiyanın verilməsi üçün Gəncə şəhər rəhbərliyi ilə rektor arasında düşmənçilik toxumu səpilir, amma emosiyalara qapılaraq “analizinə” keçdikləri fikirləri əsaslandıran bircə fakt ortaya qoyulmur. Axı, fakt elə bir təkzib edilməz dəlildir ki, onu heç cür təhrif etmək olmaz. Elmar Vəliyev təkzib edilməz faktlara inanır, yoxsa anonim şayiələrə, qeyri – səmimi müraciətə?!

Aqrar Universitet rəhbərliyinin, orada çalışan şəxslərin Rəsul Quliyevlə bağlılığı var idisə , nədən təcrübəsi olan kadr kimi İbrahim Cəfərov yüksək eşalonda təmsil olunmadı, Rəsul Quliyevin Milli Məclisə sədrliyi illərində ona kiçik bir vəzifə belə verilmədi,amilini heç olmasa düşünün?! Deməli, Rəsul Quliyevlə İbrahim Cəfərovun bağlılığından stat gətirib irəli sürdüyünüz ittihamların təkzib edilməz faktlara deyil, şayiələrə əsaslandığının fərqindəsiniz. Əks təqdirdə , tərəddüd etməz, məlum məqalədə qəti imkan tədbiri seçib danışardınız. Cəmiyyət haqqındakı elmin qanunları ilə sadəcə emosional təsvirin yeri dəyişik salınmazdı. Faktlara, dəlillərə, sübutlara əsaslanılardı.

Bir daha media nümayəndələrinə üz tutaraq deyirik ki, gəlin ağa qara deməyək, haqqı nahaqqa qurban verməyək, alimə, ziyalıya qiymət verməyi bacaraq, çağırışlarına hörmətlə yanaşaq.

Qalib Rəhimli

ADAU-nun mətbuat xidmətinin rəhbəri


Xəbəri paylaş

8658 dəfə oxunub.

Digər xəbərlər
22-11-2015, 23:59 Qazaxda “VAZ” yandı

bütün xəbərlər
____ Instagram ___