Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan Müdafiə Nazirliyinin binası mühasirəyə ALINDI
Tarix: 09-04-2021 | Saat: 09:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya | çapa göndər

Ermənistan Müdafiə Nazirliyinin binası mühasirəyəALINDI
Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərinin yaxınları artıq 11 saatdan çoxdur ki, Ermənistan Müdafiə Nazirliyinin binasını blokadaya alıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Səhər saat 11-dən onlarla insan binaya bütün giriş-çıxışı bağlayıb. Biz indi buradan çıxa bilmirik. Polis heç bir tədbir görmür”, – deyə bildirilib.
Aksiya iştirakçılardan biri canlı efirdə itkin düşmüş valideynləri aksiyaya səsləyib.
Polislər aksiya iştirakçılarını hədələyərək ərazini tərk etməyi, əks halda güc tətbiq edəcəklərini bildirirlər.
Qeyd edək ki, rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun olduğu təyyarənin Azərbaycandan Erebuni hava limanına “hərbi əsirlər” (Azərbaycan onları terrorçu olaraq tanıyır – red.) olmadan qayıtması xəbərindən sonra aeroporta toplanan valideynlər təkrar Müdafiə Nazirliyinin binasına qayıdıblar.


Xəbəri paylaş

4118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___