Əsas məqsəd məhsullarımızın ixracıdır - Prezident
Tarix: 27-02-2017 | Saat: 21:32
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə keçirdiyi görüşdə deyib.
Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışıb.
Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.
Azərbaycana səfərini xatırladan Şeyx Təmim bin Həməd Al Tani respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur: “Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır”.
Qətər əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayıb və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib.
Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

21-10-2017, 17:09
Çavuş əsgəri güllələyib - Orduda HƏRC-MƏRCLİK…
19-07-2015, 19:17
Zakir Həsənov vaxt açıqladı: Qarabağ üçün bir həftə (VİDEO, FOTO)
9-09-2020, 11:45
Ramiz Mehdiyevin bu vəzifələri də əlindən alınacaq
18-12-2017, 21:11
31 dekabrda Bakıda nələr olacaq?
31-07-2015, 16:27
Sevgilinizin sizi aldatdığını düşünürsünüz? - Kişilərin yalan söylədiyini anlamağın ən asan yolları
10-03-2017, 16:04
Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəsini daşıdı... - FOTO
18-04-2015, 13:37
Sumqayıtda maşın oğurları tutuldu
22-04-2018, 21:20
Metroda intihar edən qadının kimliyi məlum olub
31-08-2023, 14:16
iPhone 15 bu qiymətə olacaq – MƏBLƏĞ AÇIQLANDI
27-05-2022, 12:19
Rusiyanın ən varlı uşağı AZƏRBAYCANLIDIR