Hacı Şahin: “Bu, dünyada görünməmiş hadisədir”
Tarix: 17-01-2016 | Saat: 19:42
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər
Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır.
Bunu Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində dünən Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanların ilk dəfə bir araya gələrək eyni vaxtda və yerdə vəhdət namazı qılmasına münasibət bildirərkən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib. O qeyd edib ki, multukulturalizm Azərbaycanda dövlət səviyyəsində qorunan bir dəyərdir:
“Ölkəmizdə fərqli mədəniyyət və dini inancları bölüşən müxtəlif məzhəb təmsilçiləri hər zaman dinc yanaşı yaşayıblar. Bu gün dünyada məzhəb və dini zəmində münaqişələrin olduğu bir vaxtda Azərbaycanda multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiq bir haldır. Yəni Azərbaycanda heç bir vaxt dini və məzhəb qarşıdurması olmayıb. Onların arasında hər zaman qardaş münasibətləri olub. Heydər məscidində keçirilən tədbir də məhz bu birliyin, vəhdətin ifadəsidir. Bu, həmçinin dünya ölkələrində görünməmiş bir hadisədir. Bu baxımdan Azərbaycan bir çox dini ölkələrə nümunədir. Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır. Bu, dünyaya bir örnəkdir”.
Qeyd edək ki, dövlət başçısı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqıdna sərəncam da imzalayıb.
Xəbəri paylaş
8228 dəfə oxunub.
Digər xəbərlər

25-02-2016, 15:11
Yol polisi sürücünü hansı halda təqib edə bilər?
4-10-2019, 01:21
"Maşın" əldən getdi: biabırçı məğlubiyyət
9-09-2020, 02:16
900 min insan koronadan öldü
22-09-2019, 17:03
Porno ulduz ona mesaj yazan futbolçunu ifşa etdi - FOTO
6-01-2017, 00:15
Toppuş bacı hamıdan gizlətdiyi uşağının FOTOSU
3-05-2018, 23:27
Hər il dünyada 15 milyon azyaşlı qız ərə verilir
31-01-2022, 15:59
Qazaxda şagirdlər arasında qız üstündə bıçaqlanma
16-11-2016, 10:36
MTN generalı 5 milyonluq əmlakı oğluna neçəyə alıb?
14-10-2023, 11:04
Bakıda evakuator 76 yaşlı qadını vurub öldürdü
16-06-2018, 11:44
Ramazandan sonra necə qidalanmaq lazımdır?