Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməliyyatsız, kəsiksiz sinə böyütmə - YENİ ÜSUL
Tarix: 22-12-2015 | Saat: 14:27
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Əməliyyatsız, kəsiksiz sinə böyütmə - YENİ ÜSUL
Hələ 2016-cı ilə başlamamış inkişaf edən texnologiyalar 2015-ci ilin son aylarına damğasını vurur. Əvvəllər bir neçə gün davam edən sinə böyütmə əməliyyatı artıq tikişsiz, izsiz, ağrısız, acısız və tez bir zamanda həyata keçirilir və dolğun döşlərə sahib olmaq istəyənlər xəyallarını yemək arası belə reallaşdıra bilərlər. Gözəlliyinə düşkün qadınlar burunlarını əməliyyat etdirir, qaşlarını qaldırtdırır, üz dərisini çəkdirir, qırışlarından xilas olmağa çalışırlar. 2016-cı ildə qadınlara təqdim edilən müasir estetik cərrahiyyə texnikaları çox daha asan və zəhmətsiz olacaq.
Aile.lent.az bu texnika haqqında məlumatı təqdim edir.


Artıq əməliyyatsız sinə böyütmə zamanıdır

Gələcəyin olmazsa olmaz proseduru olaraq önə çəkilən “macrolane” deyilən müalicə implant yerləşdirilməsinə ehtiyacı olmayan yeni bir prosedurdur. Bunun yerinə sinələr ortalama bir saat davam edən bir inyeksiya tətbiqi ilə dolğunlaşdırılır. Təsirləri ənənəvi döş implantlarından təsirli, bir fincan həcminin dörddə üçü qədər döş böyüməsini təmin edir, inyeksiya edilən dolğunun təsiri isə ən azı 2 və ya 3 ilə qədər davam edir.

Üstünlükləri:

1. Cərrahi müdaxilələrlə müqayisə edildikdə əməliyyatsız bir üsul olduğu üçün izsiz, ağrısız, nəticələri o saat bəlli olan bir əməliyyatdır.

2. İnyeksiya ilə edilən qısa bir müddətli əməliyyatla az zaman içində dolğun döşlərlə gündəlik həyatınızı davam etdirə bilərsiniz.

3. Müasir zamanda bir çox qadın tərəfindən tez-tez müraciət edilən möcüzəvi estetik əməliyyatdır.

4. Qırış müalicəsində istifadə edilən hyaluronik turşu dolğu vasitəsi kimi sinəyə inyeksiya edilir.

5. Hyaluronik turşusu təbii olaraq dərimizin xaricə doğru şişməsini təmin edən bir maddədir.

6. Prosedur bir saat müddətində həyata keçirilir.

7. Əməliyyatdan dərhal sonra gündəlik həyatınıza davam edə bilərsiniz.


Təbii döşlərə sahib olmaq artıq çox asandır

Əməliyyatsız sinə böyütmə proseduru əməliyyatı ilə döşlər sadəcə böyüyür. Əgər döşlərdə sallanma varsa, o zaman döşləri dikləşdirmək əməliyyatına da ehtiyac var. Bir çox qadın cərrahi üsullarla döşlərini böyütdükdən sonra bəzi qayğılar yaşanır. Narkoz, tikiş izi, implant təbiiliyi kimi qayğılar və əməliyyat qorxusu olan xəstələr üçün bu prosedur asanlıqla başa gəlir.


Xəbəri paylaş

5 5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___