Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli yanğın - FOTO + VİDEO
Tarix: 26-06-2015 | Saat: 18:34
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda dəhşətli yanğın - FOTO + VİDEO
Polis hadisə yerini nəzarətə alıb.

Bu gün paytaxtın Xətai rayonu Gəncə prospekti kənarında yanğın baş verib.

Xeberaz.az
Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın mədrəsənin və yeni tikilən binaların yaxınlığındakı boş sahədə başlayıb. Şahidlərin dediyinə görə, bura otluq ərazi olduğundan alov qısa zamanda yayılmağa başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov qismən söndürülüb. Amma bəzi hissələrdə alov yenidən baş qaldırır.

Polis hadisə yerini nəzarətə alıb, hadisə yerinə yaxınlaşan ətraf binaların sakinləri oradan uzaqlaşdırılıb.

Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi də hadisə yerinə gəlib. Amma hələlik rəsmi məlumat almaq mümkün olmayıb ("Azadlıq" radiosu).

Xətai Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına onlarda bu barədə hər hansı məlumatın olmadığını dedilər.

"Mən növbəni indi qəbul etmişəm. Gəncə prospektində nə baş verdiyi haqda məlumatım yoxdur" - deyə Xətai RİH mərkəzi aparatından telefon zəngimizə cavab verən şəxs bildirdi.





Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___