Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Geyindiyimiz paltarları kim və necə hazırlayır - Ürəyi zəif olmayanlar üçün
Tarix: 06-12-2015 | Saat: 20:05
Bölmə:Karusel / Maraqlı / M2 / Foto-fakt | çapa göndər

Geyindiyimiz paltarları kim və necə hazırlayır - Ürəyi zəif olmayanlar üçün
Əksər ölkələrdə uşaq əməyi qadağan olunub. Lakin bu vəziyyət bəzi müəssisə rəhbərlərinin “gənc mütəxəssisləri” işə cəlb etməyinə mane olmur.

Beynəlxalq Əmək Təşkilatının (International Labour Organisation) hesablamalarına görə, bu gün dünyada 260 milyon uşaq işləyir. Onlardan 170 milyonu geyim və parça istehsalı sahəsində çalışır. Bu məhsullar müxtəlif ölkələrin bazarlarındakı kiçik və böyük şirkətlərə göndərilir.

Uşaq əməyindən istifadə olunan fabriklərə dəfələrlə jurnalistlər daxil ola bilib.
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, uşaqlar geyim istehsalının demək olar ki, bütün mərhələlərinə cəlb edilirlər: xammal yığımından tikiş maşınının arxasına keçməyə qədər.

2011-ci ildə Özbəkistan “pambıq” qalmaqalının mərkəzində qalıb: aparıcı geyim brendləri pambıq yığımında uşaq əməyindən istifadə etdiyinə görə ölkəyə boykot elan edib. “Human Rights Watch” hüquq müdafiə təşkilatı isə rəqəmlərlə çıxış edib. Təşkilat ölkədə hər payız xammal yığımında məktəbəqədər yaş dövrün də daxil olmaqla 1,5-2 milyon uşağın çalışdığını açıqlayıb.

Pambıq və uşaqlarla bağlı qalmaqal o həddə böyüyüb ki, həmin il Paris moda həftəsinin təşkilatçıları hüquq mühafizəçilərinin təzyiqlərilə moda nümayişinə Özbəkistan prezidentinin qızı Gülnara Kərimovanın iştirakına imkan verməyiblər.

“Human Rights Watch”un mütəxəssisləri bu hadisəni “Uşaqları əməyə məcbur etmək çox da qlamur deyil” - kimi şərh ediblər.

Beynəlxalq Əmək Təşkilatının məlumatları göstərir ki, bu gün uşaq əməyindən istifadə edən ölkələr siyahısına Banqladeş, Misir, Tailand və Çin rəhbərlik edir.

Təkcə Banqladeşdə yetkinlik yaşına çatmayanları işə cəlb edən 7000 fabrik (əsasən kiçik müəssisələr) işləyir. Buradakı “heyət”in ortalama yaşı 10-14-dür.

Bu müəssisənin başlıca vəzifəsi cinslərə brendin adı olan yarlıqları tikməkdən ibarətdir.

Tam dolu olan iş qrafikinə görə uşaqların məktəbə getməyə vaxtı da olmur.

Buradakı vəziyyətlə tanış olan jurnalist əksər işçilərin elə fabrikdə yaşadığını deyib. İşdən sonra gedəcək yeri olmayanlar üçün burada yatmağa yer və “orijinal”duş da var.

Belə fabriklərdəki iş rejimi həddən artıq ağırdır. İlk növbədə, bu, təhlükəsizlik tədbirlərinin olmaması ilə əlaqədardır. Məhz bu səbəbdən belə müəssisələrdə tez-tez bədbəxt hadisələr baş verir.
Bu fabrikin işçiləri bir aylıq zəhmətləri qarşılığında 900 banqladeş takası (təxminən 10 manat) qazanırlar. Məlumata görə, burada maksimal əmək haqqı 1900 takadır (təxminən 25 manat).

Bu foto “The Sydney Morning Herald”ın əməkdaşı tərəfindən Kambocada tikiş fabrikinin yanında çəkilib. Şəkildəki 16 yaşlı dərzi Byen Daynadır.
Burada uşaqlar da daxil olmaqla təxminən 700 min kambocalı tikiş sahəsində çalışır. Belə işçilərin orta aylıq qazancı – həftədə 48 saat iş rejimində 128 dollardır.

Bu şəkillər isə “Blue Dragon Children`s Foundation” fondu tərəfindən Vyetnamdakı geyim istehsal edən fabriklərdən birində çəkilib.

Buna baxmayaraq, uşaq əməyindən istifadə edən Vyetnam fabrikindəki şəraitin Banqladeşdəkindən çox da fərqlənmədiyi aydın görünür. Fondun məlumatlarına əsasən, belə fabriklərdə əksər uşaqlar məcbur işləyir. Onlar ucqar kəndlərdən – sözün əsl mənasında valideynlərindən alınaraq bura gətirilirlər.

2012-ci ildə 2 yeniyetmə Vyetnamda yeraltı fabrikin üçüncü mərtəbəsindəki pəncərədən tullanıb kömək çağırıblar.

“Məni 11 uşaqla birlikdə kənddən avtobusda gətiriblər. Mənim valideynlərim pul qazanacağım üçün şad idilər. Fabrikdə biz artıq 2 ildir ki, çalışırıq. İşə səhər 6-da başlayıb gecəyarı bitirirdik. Buna görə bizə pul ödənilmirdi. Tikiş zamanı səhv edəndə bizi çubuqla döyürdülər”, -deyə oğlanlardan biri fondun əməkdaşına bildirib.

6508 dəfə oxunub.

Digər xəbərlər
24-06-2022
23-06-2022
bütün xəbərlər
____ Instagram ___