Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO
Tarix: 11-03-2017 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO

Müdafiə Nazirinin müavini Kərim Vəliyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə ölkə prezidenti tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası Salman Qurbanovla görüşüb, mənzildə aparılan təmir işlərinin gedişatı və ailənin qayğıları ilə maraqlanıblar.

"Xəbəraz.az "qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi İ.Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınıb.

Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib, həmçinin ölkə başçısı tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunub.

Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO
Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO
Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO



Xəbəri paylaş

1 1088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___