Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım– VİDEO
Tarix: 19-11-2015 | Saat: 15:30
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
“Borcum olduğuna görə eləmişəm”.
Paytaxtın Binəqədi rayon ərazisində yük avtomobillərindən akkumulyator oğurlayan şəxs ifşa olunub.
Xəbəraz.az Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs 20-yə yaxın akkumulyator oğurlayıb.
Binəqədi rayon Polis İdarəsinə yük avtomobillərindən akkumulyatorların oğurlanması barədə məlumat daxil olub. Əməliyyatçılar rayon ərazisində saxlanılan yük avtomobillərini akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən şəxsi yaxalaya biliblər.
Xocalı rayon sakini müvəqqəti olaraq Binəqədi rayon ərazisində məskunlaşan 35 yaşlı Azər Həsənağa oğlu Həsənov oğurladığı akkumulyatorları satmaq istəyərkən yaxalanıb.
O dindirilərkən törətdiyi cinayət əməllərini etiraf edib. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərdiyini deyən Azər müştərisi olmayanda oğurluğa əl atdığını bildirib:
"Borcum olduğuna görə eləmişəm. Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım. Satdığım vaxtda da tutuldum elə. Gecə saat 2-dən 5-ə qədər çıxırdım. Bir gün gedirdim, bir gün evdə olurdum".
Doqquz maşından oğurladığı 18 ədəd akkumulyatordan Azər Həsənov 550 manat xeyir götürüb. Polisin apardığı araşdırma zamanı oğurluq malların bir məntəqəyə təhvil verilməsi müəyənləşdirilib.
Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

4-10-2018, 12:30
Elmar Vəliyevin yeni görüntüsü yayıldı - Oğlu paylaşdı - FOTO
10-07-2015, 19:45
ABŞ-da 12 yaşlı uşaq qətldə şübhəli bilinib - FOTO
18-02-2017, 14:08
Kamran Ağayevin “Beşiktaş”a keçidi niyə alınmayıb? - Açıqlama
20-08-2016, 23:10
Tərtərdə köçkün ailələri arasında əlbəyaxa: 5 yaralı - FOTO
21-05-2021, 21:49
Pərvin Abıyeva: "Yay gəlir, gündə 100 press edin" - FOTOlar
14-04-2019, 06:26
Yeni məqsədə doğru irəliləyin - Günün qoroskopu
27-04-2016, 12:13
Rəsmi Bakı Sarkisyanın “danışıqlardan imtina edirik” bəyanatına münasibət bildirib
16-02-2017, 12:48
12 yaşa qədər uşaqlar haqda - Yol polisindən şok qərar
22-03-2015, 13:08
Novxanıda çeçeni öldürüb basdıran şəxsin məhkəməsi başlayıb - FOTO