Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Novxanıda çeçeni öldürüb basdıran şəxsin məhkəməsi başlayıb - FOTO
Tarix: 22-03-2015 | Saat: 13:08
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Novxanıda çeçeni öldürüb basdıran şəxsin məhkəməsi başlayıb - FOTO

Spirtli içkinin ondan gizlı içməsini bilən Hüseynov Şəmiyevə bunu irad tutub.

Bakı Ağır cinayətlər məhkəməsində Bakı ş. sakini Eldar Hüseynovun (1959-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ötən il mayın 26-da Binəqədi RPİ və 4-cü polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Novxanı bağlar massivinə yollanmaqla müəyyən ediblər ki, 3 gün əvvəl tüfeyli həyat tərzi keçirən Rusiya vətəndaşı Xaron Şəmiyev naməlum şəxs tərəfindən öldürülüb və həyətdə basdırılıb. Mərhumun meyiti göstərilən yerdən çıxararılandan sonra, müayinə üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya biriliyinin rayon şöbəsinə göndərilib, rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.

Həmin gün polis şübhəli şəxs qismində Eldar Hüseynovu saxlayıb, dindirmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

İstintaqla müəyyən edilib ki, Eldar Hüseynov Xaron Şəmiyevlə yarımçıq tikilidə birlikdə yaşayıb, hər ikisinin daimi yaşayış yeri olmayıb, hər ikisi tüfeyli həyat tərzi keçirib. Hadisə baş verən gün spirtli içkinin ondan gizlı içməsini bilən Hüseynov Şəmiyevə bunu irad tutub, bu zəmində aralarında yaranan mübahisə qarşılıqlı söyüşlərlə davam edib, sonra isə Eldar bıçağı alaraq Xaronun döş və sinə nayihələrinə zərbələr vurub. Cinayətin izini itirmək məqsədi ilə Hüseynov meyiti gizlətmək qərarına gəlib və meyiti basdırıb.

Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 31-ə təyin olunub.








Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___