Külək İsmayıllını dağıtdı
Tarix: 12-11-2015 | Saat: 17:15
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Ötən gecə saat 1:00 radələrindən başlayaraq əsən güclü külək İsmayıllı rayonunda ciddi fəsadlara səbəb olub. APA-nın yerli bürosunun xəbərinə görə, 4 saatdan çox əsən güclü küləyin təsiri nəticəsində İsmayıllı şəhərlərinin bəzi yerlərində və kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.
Güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Dağ kəndlərində leysan yağışı və külək meyvə-və tərəvəz məhsullarına da ziyan vurub. Ağaclardakı meyvələr zədələnərək yerə tökülüb, evlərin zirzəmisini su və lil basıb. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.
Gecə saatlarında bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Qasırğa şəklini alan külək səhər saat 4-dək davam edib.
Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.
Sosial səhifələr
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər

15-07-2021, 14:19
Övladınızın gözü hansı rəngdə olacaq? - BU SİYAHIYLA TAPA BİLƏRSİNİZ
22-07-2016, 15:10
Çavuşoğlu: "Azərbaycan Fətullahçılara qarşı lazımi addımları atdı"
4-04-2022, 12:57
Ramazanda baş ağrısını dərmansız yox etməyin ÜSULLARI
28-10-2017, 11:01
DTX antiterror əməliyyatı ilə bağlı görüntüləri yayıb
29-05-2021, 18:41
Ermənilərin Azərbaycana qarşı SANKSİYA TƏXRİBATI... - BAŞ TUTA BİLƏRMİ?
7-12-2015, 09:07
“Günəşli” yatağındakı yanğından son görüntülər - VİDEO
2-07-2016, 21:25
5 güləşçimiz finalda
12-07-2021, 04:10
Miss Azərbaycan gözəlçəsindən biabırçı görüntü-VİDEO
15-08-2015, 17:10
İrəvandakı ABŞ-ın səfirliyində bomba qoyuldu...