Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Oyunlarından rəsmi Bakıya dəhşətli zərbə
Tarix: 30-03-2015 | Saat: 23:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Avropa Oyunlarından rəsmi Bakıya dəhşətli zərbə

xeberaz.az azadliq.info saytına istinadən xəbər verir ki, Azərbaycandakı turnir “2-ci dərəcəli” imiş; “Əsl Avropa Oyunları 2018-də Berlin və Qlazqoda keçiriləcək”

Böyük Britaniyanın “İnside the Games” saytı Bakıda bu ilin iyununda keçiriləcək Avropa Oyunları ilə bağlı yeni və çox pərtedici təfərrüatlar açıqlayıb. Saytın verdiyi məlumatdan bəlli olur ki, əsl Avropa Oyunları 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək. Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində isə yüngül atletikaya aid olan idman növləri üzrə yarışlar təşkil olunacaq.

Sayt yazır ki, Bakıda keçiriləcək Avropa Oyunlarında yüngül atletika yarışlarında 3-cü liqanı təmsil edən, çox da tanınmayan idmançılar iştirak edəcək.Məsələ burasındadır ki Avropa Atletləri Təşkilatı öz nümayəndələrini Bakıdakı yarışa göndərməkdən imtina edərək, qabaqcadan müəyyənləşdirmiş təqvimdə dəyişiklik etməyəcəklərini bildirib.

Avropa Üzgüçülük Liqası da Bakıda keçiriləcək oyunlara əvvəldən maraq göstərmədiyi üçün turnirdə yalnız gənc üzgüçülərlə çıxış etməyə razılıq verib.

Avropa Avarçəkmə Federasiyası Bakıda keçiriləcək Avropa Oyunlarına əvvəl mənfi münasibət göstərsə də, sonra fikrini dəyişib. Avropa Avarçəkmə Federasiyası hesab edib ki, bu idman növü üzrə beynəlxalq yarışlar üçün Azərbaycanda münasib şərait yoxdur.

Saytın yazdığına görə, Azərbaycanda standartlara uyğun Velodrom olmadığı üçün velosiped yarışları da tam həcmdə keçirilməyəcək.


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___