Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İnter"lə oyunun çətin keçəcəyini bilirik - "Hafnaryordur"un kapitanı
Tarix: 11-07-2015 | Saat: 11:49
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"İnter"lə oyunun çətin keçəcəyini bilirik - "Hafnaryordur"un kapitanı




Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşacaq "Hafnarfyordur" klubunun kapitanı oyunla bağlı fikirlərini bölüşüb.

Xeberaz.az-ın İslandiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu "İnter"lə oyunların çətin keçəcəyini bildirib:

"Bu, mənim Azərbaycana ikinci səfərim olacaq. "İnter"lə oyunun çətin keçəcəyini bilirik. Ötən mövsüm "Elfsborq" "İnter"i penaltilər seriyasında məğlub edərək III təsnifat mərhələsində bizə rəqib olmuşdu. Təəssüf ki, həmin görüşdə qələbə qazana bilmədik. İndi də qarşımızda çətin tapşırıq var. Ancaq "İnter" səddini keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Hafnarfyördur şəhərindəki "Kaplakrikavöllur" stadionunda keçiriləcək ilk oyun iyulun 16-ı Bakı vaxtı ilə gecə saat 00:15-də başlayacaq.

Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 23-ü Bakıda oynanılacaq.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___