Öldürülən qızın qohumları morqa hücum etdilər
Tarix: 29-10-2015 | Saat: 19:53
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bu gün səhər sevgilisi tərəfindən öldürülən qızın qohumları Nizami Rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinə hücum ediblər.
Məlumatı virtualaz.org-a Nizami Rayon Polis İdarəsindən veriblər.
Qohumları tələb ediblər ki, mərhumə İlahə Yusubovanın meyiti yarılmasın. Lakin onlar bununla da kifayətlənməyiblər. Şöbənin əməkdaşlarına hücum edərək meyitin onlara verilməsini tələb ediblər. İnsident zamanı şöbənin şüşəsi sındırılıb, əməkdaşlardan birinə xəsarət yetirilib. İdarədən o da bildirilib ki, buna baxmayaraq, cinayətin ağırlığı nəzərə alınaraq meyit yarılacaq və zəruri ekspertiza aparılacaq. Buna görə də şöbə əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün ərazi polis tərəfindən ciddi mühafizə altına alınıb.
Rayon Polis idarəsinin əməkdaşları İlahə Yusubovanın qatilini saxlayıblar. Bu, Sabunçu rayonunda yaşayan 1990-cı il təvəllüdlü Əliyev Babək Tərlan oğludur. Qətli törədəndən sonra o, 14-cü polis bölməsinə gələrək könüllü təslim olub. İlkin araşdırmalara görə, gənclər arasındakı qanlı insidentə səbəb qızın valideynlərinin onu Babək Əliyevə ərə vermək istəməmələri olub.
Hadisə bu gün saat 09:30-da Bakının Nizami rayonunda, "Qara Qarayev" metrosu yaxınlığında baş verib.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

28-04-2020, 06:41
ƏZİZ ƏZİZOV- əziz sakinindən ötrü Şöbə rəisini "qurban" verdi.
22-03-2015, 17:34
Kiçik qardaşlar duet azan oxudular (VİDEO)
7-06-2016, 13:05
Dollarla krediti olanlara güzəşt - Anonsu
30-07-2021, 11:36
Şakira həbs oluna bilər
3-04-2015, 20:50
Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb
10-07-2015, 11:10
"Qəbələ" azarkeşlərindən pankart: Borçalı Azərbaycan ərazisi kimi göstərildi FOTO, VIDEO
16-08-2018, 16:28
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
2-06-2017, 18:36
Qəribə evlilik təklifi: qarnını kəsdi və... - FOTO
25-04-2016, 16:31
Masazırda 10 mənzildən oğurluq edən tutuldu (FOTO)