Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ƏZİZ ƏZİZOV- əziz sakinindən ötrü Şöbə rəisini "qurban" verdi.
Tarix: 28-04-2020 | Saat: 06:41
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə / Aktual | çapa göndər

Xəbər verdiyimiz kimi, Suraxanı rayon tabeliyində olan Hövsan qəsəbəsində illərdir hər iki ayağı kəsilmiş sakinindən redaksiyamız vasitəsilə ölkə   rəhbərliyinə  onun yaşadığı rayon üzrə olan İcra hakimiyyəti başçısı və deputat Sevinc Fətəliyevadan narazılıq dolu videoçarx  təqdim olunmuşdu. 
Daha sonra xəbər tutduq ki, Bu ictimailəşmədən iki gün belə keçməmiş,  rayon icra hakimiyyəti başçısı Əziz Əzizov , tabeliyində olan bir qrup nümayəndə ilə, həmçinin Rayonun deputatı Sevinc Fətəliyevanın rəsmi nümayəndəsi Zəkiyyə Musayeva , sözügedən imtiyazlı sakin Tağıyeva Ramilə Mahmudəli qızının yaşadığı ünvana yollanmış, onun saysız hesabsız problemlərini dinləmişlər.
Hər iki ayağını itirən Vətəndaş Tağıyeva Ramilə Mahmudəli qızı indi Təkrarən redaksiyamıza müraciət edərək bildirir ki, onun yaşadığı mənzilə  telefon çəkilişi və oğurlanmış əlil arabasının motoru ilə bağlı istəyi ilə bağlı deputatının nümayəndəsi Zəkiyyə Musayevaya ona ,fondlarında vəsait olmadığını bildirirlər.
Dinləmələr zamanı Rayon icra başçısı, cənab Əziz Əzizov  bu şəxsin 10ildən də artıq bu vəziyyətə düçar olduğunu biləndən sonra İctimaiyyətlə əlaqələr və humanitar şöbə rəisi , illərdir bu postda yarıtmaz fəaliyyətlə özünə lövbər salmış Barxudar Barxudarova bərk qəzəblənərək " Bugünədək niyə bizim xəbərimiz olmayıb ki, bizim belə sakinimiz var? "! deyərək , onunla sonra "danışacağını" bildirmiş, elə bu görüş səfərindən iki gün sonra Cənab Əzizov Barxudar bəyi tutduğu vəzifədən kənarlaşdırmağına dair müvafiq əmr imzalamışdır. 

Bu baş verənlər isə onu deməyə əsas verir ki, Suraxanı rayon icra hakimiyyəti binasında əyləşən vəzifəli şəxslər, rayon və sakinləri barəsində doğru düzgün məlumat verməyərək işləmişlər.Qeyd edək ki, rayonun bu sözügedən qəsəbəsinin aidiyyatı üzrə olan MKTB-nin   104 saylı MİS nin rəhbərliyinin də müəyyən qədər səhlənkarlığı olmuşdur ki, bucür imtiyaza malik, hələ təqaüdlə təmin olunmamış hər iki ayağı amputasiya olunaraq ağır sosial durumda yaşayan bu cür vətəndaşları var imiş. Nə qədər təəssüflənməli də olsa, bunu bir acı həqiqətlə Xəbəraz.az komandasının ictimaiyyətə çatdırması, bir vəzifə borcu oldu.

Onu da xüsusilə qeyd edək ki, bu rezonans doğuran məsələ bir sıra yuxarı dövlət qurumlarının  şəxsi nəzarəti altındadır. Yəni, başqa sözlə bununla bağlı hələ bir neçə vəzifəli şəxslərin də kreslolarından uzaqlaşdırılacağı heç istisna deyildir.
Mövzuya bir də qayıdacağıq...


Xəbəri paylaş

1 1538 dəfə oxunub.

Digər xəbərlər
26-09-2015, 13:40 DİN qadın işçi axtarır

bütün xəbərlər
____ Instagram ___