Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yolların asfalt örtüyünün qalınlığı dəyişdiriləcək
Tarix: 21-10-2015 | Saat: 21:41
Bölmə:Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər

Yolların asfalt örtüyünün qalınlığı dəyişdiriləcək

Bu barədə nazir Azad Rəhimov bildirib

Gənclər və idman naziri Azad Rəhimov gələn ilin iyun ayının 19-u Bakıda keçiriləcək "Formula 1" ("F-1") üzrə Avropa qranprisi ilə əlaqədər paytaxtda asfalt örtüyünün qalınlığı 8 sm-ə dəyişiləcəyini bildirib.

O həm də asfalt örtüyünün qalınlığının artırılması ilə bağli görülən işlərə görə yolların bağlı olması Bakı sakinlərinin narahatçılığına səbəb olacağını qeyd edib. Nazir asfalt örtüyünün qalınlığının dəyişdirilməsinin Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbi olduğunu söyləyib: "Bu Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbidir. Biz məcburuq və bu tələbi yerinə yetirəcəyik. Bəzi yerlərdə səkilər qısaldılacaq, bəzi yerlərdə isə işıq dirəklərinin yerləri dəyişəcək."

Bir neçə gün əvvəl "Baku Grand Prix"in marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai ANS-ə verdiyi müsahibədə Avropa qranprisi ilə bağlı sualları cavablandırıb.

Nigar Arpadarai Bakı Qran prisini canlı olaraq izləyəcək tamaşaçıların sayı barədə gözləntiləri də açıqlayıb: "Hazırda biz 19500-20000 oturacaqların olmasını düşünürük, lakin ümumi tamaşaçıların sayını 40 min nəfər gözləyirik. Çünki ayaqüstü yerlər də olacaq. Düşünürük ki, yarışlarda 40 min tamaşaçı olacaq."

Avropa Qran prisi adlandırılan "F-1" yarışının Bakı mərhələsi ilkin təqvimə əsasən 2016-cı ilin iyunun 19-da baş tutacaq.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___