Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üşüməmək üçün hansı qidaları yeməliyik? -SİYAHI
Tarix: 28-12-2017 | Saat: 10:02
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Havalar soyuduqdan sonra paltarlar kimi qidalar da mövsümə uyğun dəyişilməlidir. Məhz yeyilən qidalar qışda isinmənizə təsir göstərir. 
 
Dietoloq Sevil Nas Şan qış mövsümündə insan orqanizmini isti saxlayacaq qidalardan danışıb. Onun sözlərinə görə, soyuq havalarda şirniyyat və karbohidratla zəngin olan qidalara ehtiyac çoxalır.
 
Diyetoloq qışda yeyilməli olan qidaların adlarını da açıqlayıb:
 
"Xəmir yeməklərindən istifadə etsəniz enerjiniz yüksələcək. Bu yeməklər vasitəsilə vücudunuzun istiliyini artıra biərsiniz.

Kartof, kök kimi tərəvəzlər yeyildiyində vücud daha çox enerjiyə ehtiyac duyur ki, bu da istiliyi artırır.

Darçın -  qan şəkəri nisbətini təmin edir. Şirniyyat istəyini azaldır, bədənin isti qalmasına kömək edir. Toz şəklində südə, qatığa, çubuq şəklində isə suya, çaylara əlavə edə bilərsiniz.

Təzə zəncəfil – immun sistemini gücləndirərək vücud istiliyini təmin edir.

Qara bibər - əsəb sisteminə xəbərdarlıq edərək istilik istehsalını artırır.

Zərdəçal – tərkibindəki kurkumin maddəsi maddələr mübadiləsini gücləndirir. Xərçəng xəstəliyinə qarşı qoruyaraq vücud istiliyini yüksəldir.

Acı bibər – tərkibindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir. Bu da bədənin isinməsinə kömək edir.

Dəmir və mineral əksikliyi zamanı anemiya yarana bilər. Bu da sizin üşümənizə səbəb olacaq. Qırmızı ət, bəhməz, quru üzüm kimi dəmirlə zəngin olan qidalar qansızlıq probleminizi aradan qaldırmağa yardım edəcək.  Hər gün 2 xörək qaşığı bəhməz yemək, 2 xörək qaşığı qara quru üzüm və gündə bir dəfə 120-150 qram qırmızı ət yeməyiniz faydalı olacaq.

Yaşıl çay – güclü antioksidan olan çaydan gündə 3 fincan içərək həm maddələr mübadiləsini, həm də vücud istiliyinizi artırmış olursunuz”.
(medicina.az)



Xəbəri paylaş

7888 dəfə oxunub.

Digər xəbərlər
11-02-2016, 11:11 BMV liderliyi əldən verdi

bütün xəbərlər
____ Instagram ___