Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu
Tarix: 03-10-2015 | Saat: 20:43
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər
Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.
Bu haqda müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov xəbər verib.
Vəkil bildirib ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.
Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinə qərəzli icra olunmamasıdır.
Həmin qətnaməyə əsasən A.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.
Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir:
"Buna görə də Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə ölkədən kənara çıxması mümkün olmayacaq".
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:
"Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".Axşam.az
Xəbəri paylaş
8148 dəfə oxunub.
Digər xəbərlər

26-11-2015, 21:04
“QMİ-dən Nardaran hadisələri ilə bağlı - Bəyanat
31-05-2016, 11:46
Natavan Həbibinin yeni duet ortağı kimdir?
12-07-2020, 19:18
Cəbhədəki vəziyyətlə bağlı Prezident köməkçisindən AÇIQLAMA
2-12-2015, 18:31
Bu yolda “parking” ləğv edildi - Sürücülərin nəzərinə
16-06-2016, 19:22
Türkman Dağı ilə bağlı çağırış - Video
20-04-2015, 14:08
Şəkidə avtomobili yol kənarındakı səkiyə çırpıldı İki nəfər öldü
21-01-2017, 12:42
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
12-04-2017, 15:57
Aşıq Samirədən hava limanında flaşmob - VİDEO
14-08-2016, 17:51
Arzu Əliyevanın həyat yoldaşı ilə yeni FOTOLARI