Bu yolda “parking” ləğv edildi - Sürücülərin nəzərinə
Tarix: 02-12-2015 | Saat: 18:31
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Bakının Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib.
ASC-nin Mətbuat katibliyindən “Qafqazinfo”ya verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə də qoyulub.
Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa, yolötürücülərin (avtomobil körpülərinin) alt hissəsində də mövcud parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdu.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

23-03-2017, 12:48
Qaçmaq istəyən dustaqlar həbsxananın damında yaxalandılar - FOTO
31-03-2019, 03:17
Eynşteynin Hitler haqqında yazdığı məktub satıldı
1-09-2015, 17:22
Lavrov Bakıya gəlir: işğaldakı 7 rayon müzakirədə
1-02-2017, 01:08
Goranboyda qəbirlər heyvanların hücumuna məruz qalıb
6-07-2017, 14:21
AZƏRBAYCANLI RƏQQASƏ 4 İLLİK SUSQUNLUĞUNU POZACAQ
2-01-2016, 23:51
Müsəlman Qardaşlarının mülkləri nəzarətə götürüldü
27-09-2019, 14:50
Azərbaycanda hakim oğlu vətəndaşın maşınını əlindən aldı (Foto)
1-07-2015, 16:10
Özcan Dənizdən yeni film – “Hər şey aşk için”
15-08-2016, 10:17
Bu avtobuslar kart sisteminə keçir - VİDEO