20 il sonra doğulan uşaq arxa düşərək öldü - Faciə
Tarix: 29-09-2015 | Saat: 12:47
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Xəbəraz.az APA TV-nin yerli bürosuna istinadən xəbər verir ki, hadisə Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.
Kənd sakini, 3 yaşlı Əsgər Cavanşir oğlu Kərimov yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Dərinliyi 2 metrdən çox olan və suyun iti axdığı arxda köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib. Valideynlər əvvəlcə uşağın küçəyə çıxdığını və ya qonşu həyətə keçdiyini düşünərək onu xeyli axtarıblar. Sonradan uşağın cəsədini suya düşdüyü yerdən 150 metr aralıdan taparaq çıxarıblar.
Kənd sakini Şamil Həmidov hadisənin təfərrüatını belə açıqlayıb: "Ata elə bilib ki, uşaq anasının, ana isə elə bilib ki, atasının yanındadır. Kənd həyatıdır. Təsərrüfat işləri məşğul olarkən başları qarışıb. Ani məqamda uşaq arxa yaxınlaşıb, ayağı sürüşüb və suya düşüb".
Qeyd edək ki, ailənin 3 qız və bir oğlan övladı olub. Üç qız övladından sonra 20 il oğul həsrəti ilə yaşayan ailə arzusuna gec də olsa, çatıb. Amma valideynlərin oğul sevinci çox çəkməyib və 3 yaşlı Əsgər faciəli şəkildə dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

9-06-2016, 16:15
Gömrükdə əməliyyat: 70 min siqaret tutuldu
28-01-2017, 20:09
Kara Sevdadan FİNAL qərarı
21-05-2019, 12:30
Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edib
8-05-2017, 22:27
Naxçıvan DİN generalın qardaşı oğlunun öldüyü qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
4-02-2016, 18:10
““Onlara bir ay vaxt verilib” - Elman Rüstəmov
29-07-2017, 12:50
Zeytunun yarpağını qaynadıb içsəniz... - MÖCÜZƏ
4-10-2015, 16:49
630 məhkumu əfv etdi
29-03-2017, 23:25
Velosipedə mühərrik quraşdırıb: 1 litr benzinlə 40 km. yol gedir - VİDEO
10-02-2021, 22:29
Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO