Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvad ərin dostu ilə münasibətə başladı, kişinin ürəyi partlayıb öldü - Bərdədəki qətlin təfərrüatı
Tarix: 30-10-2023 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bərdə rayonunda 1973-cü il təvəllüdlü Teymur qohumu Kamalı (adlar şərti verilib - red.) öldürüb.

 Teymur 22 yanvar 2022-ci ildə saat 17.50-də "Vaz 21099" markalı avtomobillə Xaçın çayının Bərdə rayonu, Lənbəran kəndindən keçən hissəsindəki dəmir körpünün girişində asfalt yolla hərəkətdə olarkən qarşıdan həmkəndlisi Kamalın "Vaz 2106" markalı avtomobillə ona doğru hərəkət etdiyini görüb.

Teymur mərhum qardaşı Əlinin 2019-cu ildə rəsmən nikahına xitam verilmiş keçmiş arvadı Sevinclə evlənərək qardaşının ailəsini dağıtmasından əsəbiləşib. O, qardaşının qız övladlarının Kamalla birgə eyni evdə yaşamasını namusuna ləkə kimi qəbul edib. Qisas niyyətilə Kamalı öldürmək qərarına gəlib.

Onlar həmin ərazidə bir-birlərinə işarə ediblər və avtomobili saxlayıblar. Teymur avtomobilindən ov tüfəngini götürüb və Kamala atəş açıb.

Kamal aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Rusiyaya köçdü"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O bildirib ki, arvadı Sənəm, övladları Elçin və Mahirlə birlikdə Bərdə rayonunun kəndində yaşayıb: Qardaşım Əli 2005-ci ildə Ağcabədi rayon sakini Sevinclə ailə həyatı qurdu. Birgə nikahlarından 2006-cı il təvəllüdlü iki qızı, bir oğlu oldu.

Əli əvəllər ailəsi ilə Bərdə şəhərində yaşayırdı. Daha sonra isə Rusiyada işlədiyi üçün ailəsi ilə birlikdə ora köçdü".

"Məni söydü"

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Kamal onun həmkəndlisi və qonşusu olub, qardaşı Əli ilə birlikdə Rusiyada işləyib: "Həmin vaxtlarda Əli ilə Kamalın yoldaşlıq münasibətləri vardı, biri-birinin evlərinə gedib-gəlirdilər. Qardaşım 2 il öncə Rusiyadan deport olundu və Bərdə rayonuna gəldi. Arvadı Sevinc və uşaqları Rusiyada onun atasının yanında qaldılar. Həmin vaxt qardaşımla arvadı ayrıldılar.

Kamal təxminən 6 il öncə Rusiyada cinayət törətdiyindən məhkum olundu. Təxminən ilyarım öncə azadlğa çıxdı, Sevinclə münasibət qurdu, bir yerdə yaşadılar. Qardaşım uşaqları da Sevinc və Kamalla birlikdə yaşayırdılar. Kamalın bu hərəkətindən sonra onunla aramızda telefonla mübahisə düşdü. Kamal məni söydü".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildə qardaşı Əli ürək çatışmazlığından ölüb:

"Əli öləndə Sevinc və Kamalı günahkar bildim. Kamal həmin vaxtlarda hətta oğluma da zəng vuraraq bizi təhqir etdi. Hadisələn əvvəl Kamal deport olundu və Bərdə rayonuna gəldi. Ondan sonra Sevinc də Bərdə rayonuna gəldi".

"Ailə üzvlərimin olub-olmadığını soruşdu"

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yanvarın 22-də saat 17-18 radələrində üzünü təraş etdirmək üçün kənddə bərbərxanaya gedib:

"Bərbərxananın qarşısında xeyli adam olduğu üçün qardaşım Elmirə məxsus avtomobilə benzin tökmək üçün yanacaqdoldurma məntəqəsinə getdim. Kəndin içərisində şəhid şəkilləri olan yerdə tanımadığım bir nəfər kişi maşına əl elədi. Avtomobili saxladım. Həmin şəxs Xaçın çay istiqamətində getmək istədiyini bildirdi. Mən də ora gedəcəyimi dedim və birlikdə getdik.

Kəndin çıxışında körpünün üzərində hərəkətdə olanda ağ rəngli "Vaz 2106" markalı avtomobillə ilə üz-üzə gəldim. Əvvəl sürcünü tanımadım. Avtomobil geri döndərərək arxamca gəldi və qarşıma çıxaraq məni saxlatdı. Sürücü düşüb mənə tərəf gələndə onun Kamal olduğunu bildim. Mən avtomobildən düşmədim.

Kamal yaxınlaşaraq avtomobildə ailə üzvlərimin olub-olmadığını soruşdu. Ona yox cavabı verib getməsini istədim. Mən irəlidə, Kamal arxada avtomobili sürdük.

Bir qədər getdikdən sonra Kamal avtomobilin işığı ilə işarə verdi, yolumu kəsdi. Özü və yeznəsi Eldar avtomobildən düşdülər, mənə tərəf gəldilər".

"Hadisə ehtiyatsızlıqdan baş verib"

Teymur qeyd edib ki, avtomobillərin arasında təxminən 3-4 metr məsafə varmış: "Mən də maşından aşağı düşdüm. Kamalgilin mənə çatmağına təxminən 1-2 metr qalmış avtmobildə gəzdirdiyim özümə məxsus Vinçester tüfəngini götürdüm.

Kamal və Eldar çatanda məndən aralı durmalarını, buradan getmələrini istədim. Xəbərdarlıq etməyimə baxmayraq, yenə də üzərimə gəldilər. Onların məni vuracaqlarını düşündüym. Kamalı qorxutmaq üçün tüfəngdən havaya atəş açdım. Eldar Kamalın göstərişi ilə üzərimə hücum çəkdi. Əlimdən tutaraq silahı almaq istədi. Hətta Eldar kəllə ilə vuraraq burnuma xəsarət yetirdi. Mən də Eldar kəllə ilə vurdum.

Eldar əlimdən tüfəngi almaq istəyəndə dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açıldı və Kamala dəydi. Kamal "ay mama" deyərək atəşdən sonra Eldara artıq mübahisə etməməyi, onu xəstəxanaya aparmasını dedi.

Mən özüm də polis şöbəsinə gedərək könüllü təslim oldum. Tüfəngi polis şöbəsinə təhvil verdim. Mənim Kamalı öldürmək niyyətim olmayıb. Hadisə ehtiyatsızlıqdan baş verib".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Teymur 11 il müddətinə azadlıqdan məhrum edilib.

teleqraf.com




Xəbəri paylaş

1878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___