Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan tərəfə keçən Cəmil Babayev KİMDİR? - Anası da həmin hərbi hissədə... / FOTO
Tarix: 27-08-2021 | Saat: 14:17
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər


Ermənistan tərəfin əsir götürdüyünü iddia etdiyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu bir ildir ki, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. N saylı hərbi hissədə xidmət edən Cəmil Babayevin anası da həmin hərbi hissənin camaşırxanasında işləyir.
Cəmil Babayev Goranboy rayonu "1 may" kəndindəndir, bu barədə onun ailə üzvləri məlumat verib.
Ermənistan mətbuatının yazdığına görə, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərinin Teryan küçəsində yerləşən mənzildə yaxalanıb və qondarma Dağlıq Qarabağ respublikasının Milli Təhlükəsizlik Xİdmətinə təhvil verilib. O, casusluq etmə, Qondarma Dağlıq Qarabağ Respublikası sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Ona qarşı cinayət işi qaldırılıb.
Azərbaycan Müdafiə nazirliyi isə bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Cəmil Babayevin hazırda harada saxlanması və durumu barədə hələlik məlumat verilmir.


Xəbəri paylaş

4448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___