Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keyfiyyətsiz ət, ucuz qiymət: Dönər alanda nələrə diqqət etməliyik?
Tarix: 25-10-2023 | Saat: 19:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hazırda tez hazırlanan, ayaqüstü, fast food qidalara daha çox tələbə və şagirdlər üstünlük verir. Dərsdən çıxan ac gənclər üçün cibinə və vaxtına uyğun yemək də elə fast foodlardır. Məhz bu səbəbdən zəhərlənmə halları daha çox yol kənarlarında, məktəbə və ya universitetə yaxın kafelərdə satılan qidalardan baş verir. Elə buna bənzər hallardan biri də bu gün baş verib. Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən dönərxanaların birində 21 şagird zəhərlənib.

Maraqlıdır, görəsən, dönər alarkən nələrə diqqət edilməlidir? 

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqlamasında bildirib ki, səyyar hazırlanan çörəkarası qidalar, peraşkilər, bulkalar və digər məhsullar hazırda ən çox risk qrupuna daxil olan qidalardır. 


Onun sözlərinə görə, bu kimi qidaların istehlak edilməməsi daha məsləhətlidir:

“Xüsusilə dönər kimi qidaların hazırlanmasında bəzən mənşəyi bəlli olmayan, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama kimi açıq şəkildə saxlanılır. Hətta ət sağlam olsa da, bu şəraitdə saxlanılması onun tərkibinin fiziki çirklənməyə məruz qalmasına səbəb ola bilər. Belə olan halda həmin qidanı istehlak edən şəxsdə heyvandan insana yoluxan bir çox xəstəliklər, mikrob və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına səbəb olur. Bu cür qidaları istehlak edən şəxslərin qarın boşluğunda ağrı və şişkinlik yaranır. Bu da həmin qidaların ağır həzm olunmasından irəli gəlir. Aayaqüstü, tez hazırlanan qidaların hazırlanmasında kimyəvi maddələrdən istifadə olunur. Bu qidalarda monosodium qlutamat və mononatrium qlutamatın sintetik mənşəlindən istifadə edilir. Bu maddə çin duzu kimi tanınır. Çin duzu birbaşa olaraq asılılıq yaradır və ağızdakı ənənəvi dadı məhv edir. Həmin qidaları qəbul etdikdə dərhal toxluq və tez bir zamanda aclıq hiss edilir. Bu cür insanların orqanizmində piylənmə yaranır”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, sözügedən qidalarla birlikdə qəbul edilən qazlı, enerji içkiləri mərkəzi beyin sisteminin formalaşmasını və inkişafını sıradan çıxarır:

“Bu cür içkiləri qəbul edən insanlarda getdikcə yorğunluq, yuxusuzluq, depressiyaya meyllilik, yaddaşın zəifləməsi və diqqət əskikliyi yaranır. Bu cür qidalar daha çox avtobus dayanacaqlarında, məktəb və ya universitet yaxınlığında satılır. Belə qidalar bir neçə saatlıq aclığı yatırsa da, birbaşa mədə xəstəliklərinin yaranmasına səbəb olur. Hazırda azad bazar iqtisadiyyatı olduğu üçün biznesmenlərə və sahibkarlara öz bizneslərinin inkişaf etdirmələri üçün şərait yaradılır. Lakin biznesmen və sahibkarların  90%-dən çoxu heç də insanların sağlamlığını deyil, birbaşa öz gəlirlərini düşünür. Ucuz və keyfiyyətsiz məhsullarla daha çox satış həyata keçirirlər. Ancaq hər bir istehlakçı bilməlidir ki, hər hansı bir keyfiyyətsiz, mənşəyi bəlli olmayan qida yalnız onun özünə ziyan vura bilər”.



# # #




Xəbəri paylaş

4988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___