Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Yolum uzundur, amma asan olmayacaq" - Vüsalə Əlizadə
Tarix: 01-10-2023 | Saat: 17:30
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Yeni ayın ilk gününə yeni uğurumla başlamaq istədim. Bəli, bu, mənim böyük sevgi, həvəs, bol enerji və hərtərəfli düşünüb verdiyim qərardır. Həyatımda yeni səhifə, yol, başlanğıc, hekayələr... Sınaqlar, öz gücündən əmin olmaq, yeniliklər çox gözəldir və bunun ən gözəl tərəfi həyəcandır. Çox həyəcanlıyam. Böyük bir etimadı doğrultmaqda inadlıyam".

Bu sözləri aparıcı Vüsalə Əlizadə "Xəzər TV"də yayımlanacaq yeni proqramı haqda deyib. O, "İncə səhər" adlı sabah şousu ilə bağlı fikirlərini bölüşüb:

"Qorxmuram, çünki heç kimə rəqib gözüylə baxmıram, həyatı, insanları sevirəm, fikirlərim aydın, düşüncələrim gözəl, ürəyim rahatdır. Siz də rahat olun ki, uğur arxanızca dizin-dizin sürünsün. Allah açan qapını, verən qisməti, yazan yazanı bir bəni-adəm dəyişdirə bilməz. Bu dünyada hər kəs öz cığırında yürüyür, mən də yeni cığırıma yol çəkənləri seçdim. Yolumuz uzun və incə olacaq, amma asan olmayacaq. Bilirsiniz axı, mən sizin güclü qızınızam. Çətinliklər, acılar, olmazlarla yoğrulub mən olmuşam. Bu 20 ildə ən çox sizdən əmin oldum, çünki məni heç vaxt, əsla tək qoymadınız. 4 aylıq fasilədən sonra, yenə əminliklə, sizə böyük güvənlə, qara qutudan evinizə qonaq gələcəyəm. Bu dəfə səhər görüşəcəyik.

Bu yolda mənə uzanan ən güvənli, peşəkar, kreativ əli tutduğum üçün çox xoşbəxtəm".

V.Əlizadə ona dəstək olan sözügedən kanalın rəhbəri, Xalq artisti Murad Dadaşova təşəkkür edib. 




Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___