Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Kazımova "Bu ilk də mənim adıma yazılıb"
Tarix: 24-06-2017 | Saat: 19:23
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər




Yerli şou biznesimizin divası Aygün Kazımova Bodrumdan vətənə dönüb. Xeberaz.AZ xəbər verir ki, Aygün Kazımova rəsmi "Instagram" hesabından canlı bağlantı edərək, onu izləyənlərin suallarını cavablandırıb və xeyli müddətdir hazırlaşdığı "Beynəlxalq layihəsi"dən söhbət açıb. "Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyim. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm". Qeyd edək ki, bu il xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Bu münasibətlə diva sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
21-03-2015, 15:32 Həkim nə deyir

bütün xəbərlər
____ Instagram ___