Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nümayəndələriniz sizi aldadır, cənab Adil Vəliyev… - Sabunçuda qanunsuz tikiliyə icazəni vermirlər, “alırlar”…
Tarix: 02-04-2022 | Saat: 12:44
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Nümayəndələriniz sizi aldadır, cənab Adil Vəliyev… - Sabunçuda qanunsuz tikiliyə icazəni vermirlər, “alırlar”…



Sabunçu rayonu ərazisində  qanunsuz mənzil tikintisi ilə bağlı Gündəlik-Bakı, eləcə də ölkə mediası kifayət qədər yazılar dərc edib. 
Heç kimə sirr deyil ki, icra hakimiyyətinin və bələdiyyələrin ən “zəif yeri”  torpaq alveri və  qanunsuz tikilən yaşayış və qeyri-yaşayış  obyektləridir.
Təsəvvür edirsinizmi,  rəsmi sənədlərdə qeyd edilir ki, ölkədə 500 mindən artıq sənədsiz, yəni qeyri-qanuni obyekt var. 
Bu proses hələ də davam edir. 
Və ölkə başçısı səviyyəsində bu  məsələ ilə bağlı dəfələrlə təkliflər olub, hətta bu prosesin qarşısının alınması üçün qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi də dəfələrlə gündəmə gəlib. 
Təəssüf ki, başqa rayonlarda olduğu  kimi, bu neqativ hal hazırda Sabunçu rayonu ərazisində də davam edir.  
Bu məsələdə  ərazi icra nümayəndələri  həmişə öndə olublar. Və rüşvət məsələsində  icra nümayəndələrinin adı daha çox hallanır.. 
Konkret oalraq deyə bilərik ki, Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində 9-cu Mədən adlanan ərazinin icra nümayəndəsi Asif adlı şəxs ərazidə qanunsuz tikililərin aparılmasına icazə verir və qarşılığında tələb etdiyini əldə edir. 
Yaxud başqa bir misal. 
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki İvan Anaşkin küçəsində tikilən villalara görəsən hansl vəzifəli şəxs icazə verib..? 
Təsəvvür edirsiniz, bir sənədlə  bir neçə ev tikilib. 
Görəsən bir sənədlə bir neçə evi necə tikmək olar. 
Amma biz deyirik ki, Sabunçuda olar.   
Hələ bu harasıdır ?
Sabunçuda hətta bataqlığın üzərində villa tikməyə də icazə verənlər, daha doğrusu, “alanlar”  var. 
Bəli, qanunsuz tikiliyə icazəni vermirlər, məhz “alırlar”…
Yaxşı bütün bunlar ortada ola-ola Arxitektura Komitəsi nə üçün bu məsələlərə münasibət bildirmir..? 
Bizə elə gəlir ki, Komitənin rəhbərliyi  Sabunçuya  bir az əl gəzdirsə, hər şey yaxşı olar. 
Əgər  Komitə rəhbərliyi qanunların pozulduğu konkret ünvanları öyrənmək istəsə, tərəfimizdən tədqim oluna bilər. 
Yeri gəlmişkən, üzümüzü  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Adil Vəliyevə tutaraq deyirik ki, icra nümayəndələriniz sizi aldadır. Buna əmin ola bilərsiniz. 
Biz zaman-zaman Sabunçu icra hakimiyyəti barədə tənqidi yazılar yazsaq da, bu məsələdə inanırıq ki, icra başçısının bu məsələdən xəbəri yoxdur. 
Amma xəbəri mütləq olmalıdır. 
Yəqin icra başçısı Adil Vəliyevin ölkə rəhbərliyinin paytaxt Bakıda tikintilərlə bağlı xəbərdarlığından xəbəri var. 
Ona görə də  cənab başçısya məsləhət bilərdik ki, səlahiyyət verdiyi icra nümayəndələrini bir saf-çürük edərək, bu qanunsuz hallara son qoysun və ya İvan Anaşkin küçəsinə bir rəhbər kimi yoxlama təşkil etdirsin. Onda hər şeyi öz gözləri ilə görər. Yuxarıya çatdırırıq deyənləri dərhal cəzalandırar, çünki həmin Anaşkin küçəsində dövlətin gələcəkdə aparacağı strateji əhəmiyyətli tikintilərin xərcinin çox olması ilə əvəzlənəcək. Deməli, bu gün hansısa bir məmurun 5 min aldığı rüşvət, sabah dövlət büdcəmizə 500 minə başa gələcək. Biz bu işlərin əleyhinəyik və gördüklərimizi də yuxarı instansiyalara çatdırmağı özümüzə borc bilirik. 
Güman edirik ki, cənab başçı  bizim bu tənqidi yazımızı obyektiv olaraq qəbul edəcəkdir və araşdırma başlanması üçün öz tapşırıqlarını tabeçiliyində olan qurumlara verəcəkdir. 
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.(https://gundelik-baku.com/)






Xəbəri paylaş

3498 dəfə oxunub.

Digər xəbərlər
10-05-2017, 11:19 İbrahim Erkal ölməyib?

bütün xəbərlər
____ Instagram ___