Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Tarix: 30-09-2023 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Sentyabrın 30-u axşamdan oktyabrın 02-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Xəbəri paylaş

1708 dəfə oxunub.

Digər xəbərlər
25-02-2016, 14:16 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___