Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Varlı-kasıb məzarı aradan qalxacaq -“Eyni başdaşıları olacaq”
Tarix: 16-04-2015 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Varlı-kasıb məzarı aradan qalxacaq -“Eyni başdaşıları olacaq”

“Hazırda standart qəbirlərlə bağlı qanun layihəsi üzərində işlər davam etdirilir və bir sıra müddəlar dəqiqləşdirilir”.

Bu haqda Modern.az saytına Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Aran məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, məsələ ilə bağlı hər kəsin rəyi olmalı və müddəalarda öz əksini tapmalıdır:

“Qanun layihəsi üzərində eyni zamanda altı komitə və nazirlik çalışır. Prosesdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsilə yanaşı, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və başqa əlaqədar qurum və təşkilatlar da iştirak edir. Kifayət qədər ciddi məsələ olduğundan hər kəsin fikri bizim üçün önəmlidir. Bu səbəbdən də proses davam edir. Hesab edirəm ki, bu instansiyanı keçdikdən sonra qanun layihəsi millət vəkillərinin müzakirəsinə buraxılacaq”.

Səyyad Aran hesab edir ki, parlementdə müzakirəyə çıxarıldıqdan sonra sənəd qanun layihəsi olaraq qəbul ediləcək:

“Milli-mənəvi meyarlar əsas götürüləcək. Vahidlik prinsipi tətbiq edilərək, baş və sinə daşlarının ölçülərinin standartları müəyyənləşdiriləcək. Həmçinin təmtərağa yol verilməyəcək. Sadə və milli adət-ənənələrə uyğun şəkildə eyni qəbristanlıqlar salınacaq”.

Səyyad Aran onu da vurğulayıb ki, hazırda özəl qəbristanlıqlar məsələsi gündəmdə deyil:

“Özəl qəbristanlıqlar məsələsi gündəmdə deyil. Gələcəkdə ümumi olaraq qəbirlərə nəzarət bələdiyyələrin ixtiyarına veriləcək. Burda da hər şey standartlara uyğun olacaq. Daha kimsə böyük bir ərazini zəbt edib, “bura bizim nəslindir, ailənindir”, “burdan istəmirəm, ordan istəyirəm” sözünü deyə bilməyəcək. Vəfat edən şəxslər sıra ilə dəfn olunacaq. Qəbristanlıq heç kimin nəsli-kökü üçün ərazi olmayacaq”.

“Qanun layihəsi qəbul olunacağı təqdirdə əvvəlki qəbristanlıqların aqibəti necə olacaq” sualına cavab olaraq komitə rəsmisi deyib ki, qanunun geriyə müddəası yoxdur:

“Yeni salınacaq qəbiristanlıqlar üçün dövlət tərəfindən xüsusi yerlər ayrılacaq. Qanun əvvəlki qəbristanlıqlara şamil edilməyəcək”.



4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___