Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN-dən qeyri-sabit hava ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
Tarix: 18-09-2023 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fövqəladə Hallar Nazirliyi ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir ki, ötən gündən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə intensiv yağışlar yağıb, bəzi çaylardan sel keçib.
"Qeyri-sabit hava şəraitinin hazırda davam etməsi ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırırıq.

Belə ki, mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - deyə müraciətdə bildirilib.


Xəbəri paylaş

1618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___