Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev simpozium iştirakçılarına müraciət ünvanladı
Tarix: 11-07-2019, 12:22 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

İlham Əliyev simpozium iştirakçılarına müraciət ünvanladıSİYASƏT11:49 2019-07-11

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb.
"Xəbəraz.Az"  xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müraciətdə deyilir:
"Hörmətli simpozium iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.
Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.
Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" beynəlxalq simpoziumun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi. 2017-ci ilin "Azərbaycanda İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin - amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II beynəlxalq simpoziumunun maraqlı və konstruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə, Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram".



928 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___