Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ege hospitalda xəstələrin soyulmasına kim şərait yaradır ?- Qanunsuzluq edən EGE klinikasını kim HİMAYƏ edir ?
Tarix: 24-02-2022 | Saat: 11:46
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Ege hospitalda xəstələrin soyulmasına kim şərait yaradır ?- Qanunsuzluq edən EGE klinikasını kim HİMAYƏ edir ?



Bütün Azərbaycan EGE  Hospitalını  tanısın…

Dünyasını dəyişmiş  xəstəni əməliyyat etmək istəyən EGE həkimləri…

Xəstə,  həkim  Xəyyam Eyvazovdan  495 manatını tələb edir…


Özəl  klinikalarda, hospitallarda  baş verən qanunsuzluqlar, insanlığa yaraşmayan əməllər barədə ölkə mediasında  kifayət qədər yazılıb. 
Belə hospitallardan  biri də  EGE Hospitaldır. 
12 mərtəbəli korpusdan ibarət EGE Hospital  öz  reklamında  vətəndaşlara yüksək keyfiyyətli  tibbi xidmətdən, peşəkar həkimlərdən, müasir  tibb texnologiyasından söhbət açır və  təklif edir ki…
Düzgün müayinə və müalicə üçün ölkə xaricinə çıxmağa ehtiyac yoxdur. Ege Hospitala gəlin. Sağlamlığınız Sağlamlığımızdır!
Bütün bunlar hamısı boş sözdən başqa  bir şey deyil. Əslində EGE Hospitalın özünü həkim hesab edən bəzi personalı heç BAYTAR-VETERİNAR olmağa layiq deyillər. 
Şübhəniz varsa, buyurun tanış olun. 
Bəh-bəhlə  Türkiyədən  EGE Hospitala dəvət olunan uzman doktor Aytekin Başarğan kimdir ?
Bütün Türkiyə mətbuatı yazır ki, bu xanım doktor  Türkiyədə xəstənin zobunu kəsmək əvəzinə onun qida borusunu kəsib və xəstəni ömürlük şikəst edib. 
Həə, budur, EGE Hospitalın  müasir tibb personalı..?
Türkiyədə  tibbi  sahədən qovulanları EGE bəh-bəhlə Bakıya dəvət edir. 
Xəstələr deyirlər ki, bunlar həkim deyil, sanki qəssablardır. 
EGE Hospitalla bağlı  2-ci bir dəhşətli fakta nəzər salaq. 
Deməli,  xəstənin sahibi deyir ki, bütün Azərbaycan EGE Hospitalı və qatil həkim-kardioloq Ülvi Mirzoyevi tanımalıdır. 
Belə ki, həkim Ülvi Mirzoyev artıq dünyasını dəyişmiş  xəstənin sahibinə deyir ki, 10 min verin təcili əməliyyat keçirim. Xəstənin sahibi deyir ki, qoy, icazə ver, xəstəni görək, sonra…
Vəziyyətin qəliz olduğunu görən həkim Ülvi Mirzoyev qaçıb aradan çıxıb. Bəlli olub ki, həkim ölmüş  şəxsi əməliyyat edib pul qazanmaq istəyirmiş. 
EGE Hospital  Qarabağ qazisindən 2900  manat alaraq onun  amputasiya olunmuş ayağını müalicə etmək əvəzinə sağlam ayağını da  yararsız edib, sağlam ayaq da qaralmağa başlayıb. Və Qarabağ qazisinə deyir ki, get kimə istəyirsən şikayət elə…
Baxın, özünü  reklam edən EGE Hospital budur. 
Əslində  EGE Hospitalın əvvəlki adı  “Grand Hospital”  olub. 
Sadəcə, insan ölümləri və digər  neqativ məsələlərdə adı çox hallandığı üçün  adını  dəyişib EGE Hospital olub. 
Ancaq ad dəyişməsində başqa  səbəb də olub. 
Belə ki,  “Grand Hospital”ın dövlətə külli miqdarda  vergi borcu olub. Vergidən yayınmaq üçün adını dəyişib EGE Hospital qoyub. 
EGE Hospitalın sahibinin kimliyi  barədə xeyli yazılıb. Müxtəlif yüksək vəzifəli şəxslərin adı hallandırılır. 
EGE Hospital sənəd üzərində, yəni rəsmi olaraq  Xızı rayonunun Giləzi qəsəbəsinin sakini Nizami Zəkiyevə məxsusdur. Nizami Zəkiyevin həmin hospitalda adi həkim olduğu deyilir.
Nizami Zəkiyevin qardaşı Nasim Zəkiyev isə Giləzi bələdiyyəsinin sədridir.
Ancaq Azərbaycan reallığını nəzərə alanda 4.5 milyon manatdan artıq nizamnamə kapitalı olan “Ege Hospital”ın arxasında hansısa böyük vəzifəli məmurun və yaxud oliqarxın dayandığı şübhə doğurmur.
Bəzi xəbərlərə görə,  “EGE hospital”   Xaçmaz “MERO”nun rəisi  Quliyevə  məxsusdur. Həmin MERO rəisi  isə yetkililərdən birinin qohumudur.
İndi isə keçək  EGE Hospitalla  bağlı  sonuncu şikayətçiyə. 
Vətəndaş  Gündəlik-Bakıya bildirib ki,  həyat yoldaşımın səhhəti ilə əlaqədar  EGE Hospitala müraciət etdik. 
Ayağındakı  şiş və halsızlıqla bağlı  bizə həkim Eyvazov Xəyyamı məsləhət gördülər. 
Həkim heç bir baxış keçirmədən  MRT-yə və qan analizlərinə göndərdi. Bu iki tibbi prosesin qiyməti  400 manat elədi. Biz pulu ödədik. Sabah nəticəni öyrənmək istədik də bəlli oldu ki, sidik analizi də olmalıdır və əlavə 35 manat ödəməliyik. Onu da ödədik. 
Yeri gəlmişkən, həkimin qəbuluna düşmək üçün də  60 manat pul ödəmişdik. 
Deməli,  ortada heç bir nəticə olmadığı halda  biz 495 manat pul ödədik. 
Səhəri günü  analizin nəticələrini götürüb həkim  Xəyyam Eyvazovun  qəbuluna girdikdə, həkim analizlərə baxıb dedi ki, burada mənlik bir şey yoxdur, başqa həkimə müraciət edin. 
Onda sual olunur ki,  əgər  SƏNLİK bir şey yoxdursa, niyə  təqaüdçü  xəstə  495 manat xərcləməli idi ? 
İndi xəstə  başqa həkimə müraciət etmək üçün  yenidən 500-600  manatı haradan tapmalıdır..?
Xəstə  495 manatını geri tələb edəndə  həkim  Xəyyam Eyvazov deyib ki, pul geri qayıtmır, gedin hara istəyirsiniz şikayət edin…
Məsələnin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. 
Bizi izləyin. 
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(https://gundelik-baku.com/)










Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___