Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişi sevgilisinin sifarişi ilə ÖLDÜRÜLDÜ - Dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Tarix: 25-08-2023 | Saat: 13:16
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Beyləqandakı dəhşətli qətlin təfərrüatları

Quba sakini İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək qardaşı İldırımın 9 ay əvvəl naməlum şəraitdə Beyləqanda yoxa çıxması ilə bağlı məlumat verib. İldırım Fərhadovun yaşadığı evdən qəfil yoxa çıxması ilə bağlı qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova yaxınlarına onun Rusiyaya istirahətə getdiyini deyib.
Qeyd edək ki, İldırım Beyləqanın Türklər kəndində təsərrüfatla məşğul olub və orda tikdirdiyi evdə yaşayıb.

İlqar Fərhadovun qardaşı ilə bağlı müraciətindən sonra dərhal hərəkətə keçən polis çox keçmir ki, ilkin nəticə əldə edir. İstintaq qrupu İldırımın həyat yoldaşı Əzizə Sadıqovanın ətrafında əsaslı şübhələr müəyyən edir və o, paytaxtda saxlanılır.

Məlum olub ki, kişi birgə yaşadığı qadının sifarişi ilə qətlə yetirilib. Cinayəti törədən isə rayonun Dünyamalılar kənd sakini, əvvəllər məhkum olunmuş Şahsüvar Əsədov olub.

Şahsüvar Əsədovun ifadəsindən məlum olub ki, o, İldırımı kürəyindən iki dəfə atəş açmaqla qətlə yetirib. Hətta qətli törətdiyi yeri də göstərib.

Ş.Əsədov hadisəni törətdikdən sonra İldırım Fərhadovu həyətə basdırdıqdan sonra izi itirmək üçün üzərinə armatur çərçivə toxuyaraq beton tökür.
Çürüyərək hissələrə bölünən cəsədin bütün qalıqları basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təhvil verilib. Sifarişi yerinə yetirən Şahsüvar Əsədov qətli tamah məqsədilə törətdiyini etiraf edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 


Xəbəri paylaş

2378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___