Alpaqutlar cəbhə bölgəsində əsgərlərlə görüş keçiriblər
Tarix: 28-10-2016 | Saat: 15:14
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Alpaqut Federasiyasının Ağdam rayon filialının nümayəndələri və idmançılar cəbhə bölgəsində xidmət edən, vətənin keşiyində dayanan əsgərləri ziyarət ediblər.
"Xəbəraz.az " xəbər verirki, Ağdam rayonunun təmas xəttində yerləşən N saylı hərbi hissədə keçirilən bu görüşdə əsas məqsəd əsgərlərə xoş ovqat bəxş etmək, gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.
Alpaqut Federasiyasının Ağdam rayon filialının rəhbəri Ruslan Quliyev başda olmaqla idmançılar düşmənlə üz-üzə olan postlarda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olub, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər.
Döyüşkənlik ruhu aşılayan, soykökümüzə, tariximizə bağlılığı təcəssüm etdirən türkün qədim döyüş sənəti alpaqut barədə də əsgərlərimizə geniş məlumat verilib, müxtəlif döyüş fəndləri əyani şəkildə nümayiş olunub. Qonaqlar əsgərlərə çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq, onlarla qürur duyduqlarını bildiriblər.
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

26-06-2015, 22:36
Sensasiya: Putinin 4 ölkəni tutmaq planı üzə çıxdı - Foto
25-11-2019, 17:49
Elçin Quliyev müşavirədə rəisi işdən çıxardı
22-10-2015, 13:07
Azərbaycan neftinin qiyməti 49 dollara düşdü
28-07-2015, 11:17
Azərbaycanda yeni bank açıldı
23-02-2016, 12:38
Uşaqlar niyə sinir krizi keçirir? - Günahı özünüzdə axtarın, valideynlər
2-11-2016, 09:37
Boşanmaların psixofizioloji səbəbləri var - Psixoloq
8-01-2018, 15:07
Yanvarın 22-si iş günü olacaqmı?
17-04-2017, 22:21
Gecə yatmadan öncə makiyajı mütləq silin - ZƏRƏRLƏR
28-10-2017, 11:24
Qadağa qoyulan evlilik verilişi yenidən yayımlanır