Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan ölən uşaqdan danışdı: Mən haqqı söyləməkdə davam edəcəm
Tarix: 03-09-2015 | Saat: 23:55
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ərdoğan ölən uşaqdan danışdı: Mən haqqı söyləməkdə davam edəcəm
“Ağdənizdə batan gəmidə ölən 3 yaşlı uşağın cəsədini dalğalar Türkiyə sahillərinə çıxardı. Bir balinanın cəsədi sahildə tapılanda dünyanı ayağa qaldıranlar bunu hesabını verəcəkmi?”

Türkiyə Prezidenti Rəccəb Tayyip Ərdoğan G20 sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan daha sonra BMT-yə səslənib.

“Yalnız 5 ölkənin mənfəəti daxilində qərar verən Birləşmiş Millətlər Təşkilatı bu faciənin altında əziləcək. Dünya 5 ölkədən daha böyükdür. Lakin Ərdoğan danışanda dünya mediası tənqid edir. Mən haqqı söyləməkdə davam edəcəm. Qərb mərkəzli dünyanın geridə qaldığını, çoxmərkəzli dünyanın önə çıxdığını qəbul etməliyik. Ağdənizin Şərq sahillərində qayıqlara, gəmilərə minən insanlar, yaşamaq uğrunda ölürlər. Ağdənizdə boğulan sadəcə qaçanlar deyil, insanlığımızdır”.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün onun ölkəsi Suriyadan qaçan 2 milyondan çox insanın yaşayışını təmin edir: “Amma Avropada bu rəqəm sadəcə 200 mindir. Biz insanlıq üçün mübarizə aparmaqda davam edəcəyik. İndiyə qədər bu insanlar üçün 6,5 milyard dollar xərcləmişik. Lakin bu problemin yalnız bizim üzərimizə yükləmək də doğru deyil”.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___