Korrupsiyaya görə hakimlər cəzalandırıldı
Tarix: 04-09-2015 | Saat: 02:18
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Xəbəraz.az -ın məlumatına görə,Şuradan AzVision.az-a verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar vurğulanıb, bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.
İclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.
Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

22-11-2016, 10:37
Bakıda DƏHŞƏT: 20 yaşlı oğlan özünü 8-ci mərtəbədən atdı
21-11-2016, 13:28
Kim güzəştli mənzil ala biləcək? - Müsahibə
19-08-2021, 13:53
İş adamı 15 milyon nağd pulla dolu olan çemodanı küçədə unutdu - VİDEO
2-04-2015, 19:40
Yaşadığımız aləmdən başqa neçə aləm var?
6-04-2022, 16:23
"Jara"nın yerinə bu festival keçiriləcək
4-11-2022, 11:22
"Tezliklə İranı azad edəcəyik" - Bayden
24-02-2017, 14:19
Lerikdəki qar faciəsi ilə bağlı YENİ XƏBƏR