Lerikdəki qar faciəsi ilə bağlı YENİ XƏBƏR
Tarix: 24-02-2017 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Ötən gün Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra həmin evdə yaşamaq mümkün deyil. O mənzilin sakinləri müvəqqəti olaraq qohumlarının evində məskunlaşıblar.
Bunu açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi vətəndaşı çadırla təmin edib: “Lakin hava şaxtalı, qarlı olduğuna görə çadırda durmaq mümkün olmadı. Çadır alilə başçısına təqdim edildi. İcra hakimiyyəti olaraq biz vətəndaşı müvəqqəti olaraq qohumlarının evinə yerləşdirdik. Evin iki otağı tam yararsız hala düşüb, orada yaşamaq mümkün deyil. Yəqin ailə başqa bir yerə köçürüləcək. Həlak olanların yas mərasimi ev sahibi Əhliman Mustafayevin digər oğlunun evində keçiriləcək”.
H.Məlikov bildirib ki, insanlar min illərdir həmin kənddə yaşayır, son vaxtlarda belə bir uçqun qeydə alınmayıb: “Bu kənd 150 metr hündürlüyündəki dağın ətəyində yerləşir. Kəndin iqlimi Xınalıq kəndini xatırladır. Orada qarın hündürlüyü 2 metrə qədər olur. Dünən biz kəndə çatana qədər yolları təmizlədik, lakin ötən gecə çovğun səbəbindən yol yenidən bağlanıb. Səhər saatlarında texnika işlədi, yol təmizlənib. Lakin bu gecə də yolun yenidən buz bağlaması istisna edilmir”.
Qeyd edək ki, ötən gün qar uçqunu evin üzərinə düşüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 uşaq isə sağ qalıb.
Xəbəri paylaş
5698 dəfə oxunub.
Digər xəbərlər

3-05-2016, 12:30
Vahid Avropa Ordusu çağırışı
26-12-2017, 16:42
Stomatoloqlar axırımıza çıxır: “Ağzında qızıl, titan diş olanları CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR” - İsveçrəli həkim
25-08-2017, 12:43
Ac qarına bu qidaları yeməyin…- İNANILMAZ ZƏRƏRLƏRİ
11-01-2022, 13:23
Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq - Belə deyirlər...
28-05-2023, 11:44
Gədəbəydə kütləvi dava: Ölən və yaralananlar var
19-06-2016, 18:32
İran prezidenti Xameneinin yerinə gətirilir
22-01-2023, 18:09
İFAÇI VÜQAR SƏDALI PİYAN APARICIYA GÖRƏ RESTORANI TƏRK ETDİ - ŞOK OLAY
3-09-2023, 15:32
Qadınlar niyə hər gün yumurta qabığı yeməlidir? - AÇIQLAMA
26-03-2017, 11:43
Məhkəmə ölkə prezidentinə ölüm hökmü çıxardı